12px13px15px17px
Tarix:28/03/17

“Opera mini” brauzerinə yeni funksiyalar əlavə olunub

“Opera” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün populyar “Opera mini” brauzerinin yenilənmiş versiyasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yenilənmədə fərqləndirici cəhət proqramın müstəqil şəkildə siyahısı brauzer pəncərəsinin yuxarı hissəsində göstərilən səhifədən audio və video kontentini taparaq çeşidləməsindədir. Bu, istifadəçilərə lazımi materialı asanlıqla yükləməyə imkan verəcək.

Məlumata görə, əvvəlki versiyalarda olduğu kimi, brauzerdə axtarış sətri quraşdırılıb. Bundan başqa, yeni versiyaya “Facebook” servisi üçün bildiriş funksiyası əlavə edilib. Həmçinin tərtibatçılar sürətin və işin sabitliyinin, təhlükəsizliyin və s. yaxşılaşdırılmasına yönələn bir sıra dəyişikliklər ediblər.

Xatırladaq ki, brauzerdə səhifənin qurğunun yaddaşında saxlanılması üçün rahat funksiya quraşdırılıb. Bunun sayəsində istifadəçi xoşuna gələn materiallara internetə qoşulmadan baxmaq imkanı əldə edir.  

Nizam Nuriyev 




Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024