12px13px15px17px
Tarix:29/03/17

“Windows” və “Windows Phone” sistemlərinin köhnə versiyalarının dəstəklənməsi dayandırılıb

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin mobil versiyasına böyük ümidlər bəsləsə də, platforma populyarlıq qazana və istifadəçiləri digər əməliyyat sistemlərindən keçməyə məcbur edə bilməyib. Bundan başqa, 2016-cı ilin sonuna olan vəziyyətə görə, “Windows” smartfonlarının yalnız 16 faizi “Windows 10 Mobile” sisteminin idarəetməsi ilə işləyib, halbuki “Windows Phone 8.1” sisteminin payı 80 faizə yaxın olub. “Windows” sisteminin idarəetməsi ilə işləyən smartfonların populyar olmaması səbəbindən tərtibatçılar kütləvi şəkildə platformanın dəstəklənməsini dayandırmağa başlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bu yaxınlarda “Facebook” şirkəti istifadəçilərə “Messenger” messenceri tərəfindən “Windows Phone” sisteminin dəstəkləməsinin dayandırılması barədə məktub ünvanlayıb.

Beləliklə, apreldən etibarən “Windows Phone 8” və “Windows Phone 8.1” istifadəçiləri messencerdən yararlanmaq imkanından məhrum olacaqlar. Bundan əlavə, dəyişikliklər “Facebook” əlavəsinə şamil olunur. Belə ki, şirkət onun “Windows Phone”, eləcə də “Windows Phone 8” və “Windows Phone 8.1” sistemlərinin masaüstü versiyalarında dəstəklənməsini dayandıracaq.

Nizam Nuriyev 




Baxış sayı: 351

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024