12px13px15px17px
Tarix:29/03/17

“iPad Pro 2” planşetinin istehsalına başlanılıb

“Apple” şirkəti ikinci nəsil “iPad Pro” planşet kompüterlərinin kiçik seriyalı istehsalına başlayıb. Qurğuların aprelin əvvəlində nümayiş olunacağı gözlənilir. Bu barədə “Forbes” nəşri “IHS” şirkətinin analitiki Roda Aleksandra istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, analitik planşetin nümayiş tarixinin təxmini olmasını qeyd edərək artıq lazımi elementlərin birlikdə yığılmasına başlanıldığını bildirib.

Qeyd olunur ki, 10,5 düymlü ekranla təchiz ediləcək “iPad Pro 2” qabaritinə görə hazırkı 9,7 düymlü “iPad Pro” modelinə bərabər olacaq, lakin qalınlıq ilk “iPad Air” planşetində olduğu kimi, 6,1 mm-dən 7,5 mm-dək artacaq.

Planşetin nümayişinin ABŞ istehsalçısının yeni “Apple Park” mənzil-qərargahının açılışına həsr ediləcəyi gözlənilir. Yeni qurğunun, həmçinin iyunun əvvəlində tərtibatçılar üçün keçiriləcək “WWDC 2017” (Worldwide Developers Conference) konfransında təqdimatı istisna olunmur.

Nizam Nuriyev 




Baxış sayı: 392

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024