12px13px15px17px
Tarix:29/03/17

“Microsoft” şirkəti “Windows 10” sisteminin yeni versiyasını internetdə yerləşdirib

“Microsoft” şirkəti “Windows 10 Creators Update” əməliyyat sisteminin yeni versiyasını öz serverlərində yerləşdirib. Bu haqda “NeoWin” portalı məlumat verib.

Məlumata görə, “Insider” proqramının iştirakçıları üçün yeniləmənin çıxarılmasından sonra 15063 nömrəli quraşdırmanın “ISO” obrazlarını yükləmək mümkündür. “Creators Update” yeniləməsini quraşdırmaq üçün sistemin lazımi versiyasının “ISO” faylını yükləmək, “Windows 10” bələdçisi vasitəsilə diskin obrazını quraşdırmaq və “setup.exe” faylını işə salmaq kifayətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, təxmin edilir ki, məhz 15063 “Windows” sisteminin böyük yeniləməsinin yekun quraşdırmasıdır, çünki “Sistem haqda informasiya"da bu quraşdırmanın test versiya olduğu qeyd olunmayıb. Şayiələrə görə, yeni quraşdırma 11 aprel tarixində bütün istifadəçilər üçün əlçatan olacaq. Bu haqda  rəsmi məlumat verilməyib.

“Windows 10 Creators Update” 2016-cı ilin oktyabrında təqdim edilib. ƏS-nin yeni versiyasında “3D” məzmunun yaradılması və baxış imkanına önəm veriləcək. Sistem proqramlarının bir çoxu “3D” və virtual reallıqla bağlı yeni funksiyalarla təchiz ediləcək.

Emil Hüseynov




Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024