12px13px15px17px
Tarix:04/10/11

1 il ərzində “Windows 7”-nin bazardakı payı 2 dəfə artıb

“Net Applications” şirkəti 2011-ci ilin sentyabr ayında əməliyyat sistemlərinin bazar payını qiymətləndirib.

“Windows XP” hələ ən çox yayılmış əməliyyat sistemi olaraq qalır. Qeyd edək ki, bu yaxınlarda sistemin 10 yaşı da tamam olub: bu əməliyyat sistemi keçən ay 50,5% kompyuterdə qurulub.

Müqayisə üçün: 1 il əvvəl “Windows XP”-nin bazar payı təxminən 60%-ə bərabər idi. Analitiklər qeyd ediblər ki, sentyabr ayı ərzində platforma demək olar ki, 2% itirib.

Populyarlığa görə isə ikinci yerdə “Windows 7” əməliyyat sistemidir. Onun bazar payı 1 il ərzində 17,1-dən 32,4%-ə qədər, təxminən 2 dəfə artıb. “Windows Vista”-nın payı hal-hazırda 9,1%-dir.

Sentyabr ayının nəticəsinə əsasən, “Mac OS X” platformasının payı 6,5% təşkil edir. Müqayisə üçün: keçən il bu göstərici 4,4% olub. Açıq əməliyyat sistemi “Linux”, əvvəlki tək bazarın təxminən 1%-ni tutur.



Baxış sayı: 1809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024