12px13px15px17px
Tarix:30/03/17

“Viber” messencerinin yeni versiyasında şəkillərə stiker bərkitmək mümkündür

“Viber” şirkəti eyniadlı messencerinin mobil proqramının “iOS” və “Android” platformaları üçün yeni versiyasını istifadəyə verib. İndi “Viber 6.8” versiyasında göndərilən şəkillərə stikerlər bərkitmək imkanı əlçatandır.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, messencerin yeni versiyasında, həmçinin istifadəçilər üçün xüsusi stikerpak (göndərilən şəkillər üçün stikerlər) əlçatan olub. Şlyapa, eynək, bığ və başqa məzəli aksessuarlar şəklində olan stikerlər göndərilən hər bir fotoşəkli fərdiləşdirməyə kömək edəcək. Ötən il “Viber” messencerində 40 milyarddan çox stiker göndərilib. "Fotoşəkillər üçün stikerlər" kolleksiyası messencerin çoxmilyonlu auditoriyası üçün əyləncəli ünsiyyət və özünü ifadə etmək üçün daha geniş imkanlar açacaq.

"Viber messencerinin stikerlər kolleksiyası çox böyükdür. Biz onların hər biri ilə qürur duyuruq – “Viber” messencerinin məhsul-direktoru Ofir Eyyal deyib".

Hazırda “Viber” messencerində 32 mindən çox stiker əlçatandır. Bu halda şəkil və stikerlərin göndərilməsi xidmətin funksiyaları arasında populyarlığına görə ikinci və üçüncü yerləri tutur.

Emil Hüseynov




Baxış sayı: 426

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024