12px13px15px17px
Tarix:30/03/17

Bu il “Android” üçün əlavələrə xərclər “iOS” proqramlarına xərcləri üstələyəcək

Mobil proqramlar üzrə məlumatların təhlili ilə məşğul olan “App Annie” şirkəti “Apple” qurğu istifadəçilərinin 2017-ci ildə əlavə və abunələrə 40 milyard dollar, “Android” qurğu istifadəçilərinin 41 milyard dollar sərf edəcəklərini proqnozlaşdırır. Həmçinin, analitiklərin gözləntilərinə görə, “Google Play” mağazasında 21 milyard dollar dəyərində əlavə satılacaq.

 “ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara 42 milyard, “Android” sistemli qurğulara 308 milyard proqramın yüklənilməsi gözlənilir.  

“App Annie” mütəxəssislərinin qənaətinə görə, “Android” növbəti illərdə də əlavələrin satışından əldə olunan mədaxil üzrə liderliyini qoruyub saxlaya biləcək.  

2016-cı ildə “App Store” mağazası vasitəsilə satışın həcmi 34 milyard dollar təşkil edib, “Android” üçün əlavələrə 27 milyard dollar xərclənib. “Apple” qurğu istifadəçiləri 29 milyard, “Android” istifadəçiləri 118 milyard əlavə yükləyib. “Gartner” analitik şirkətinin məlumatına görə, “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların dünya smartfonlar bazarında payı 80 faizi ötüb, “iOS” sisteminin payı isə 17,7 faizə bərabərdir.

Nizam Nuriyev




Baxış sayı: 423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024