12px13px15px17px
Tarix:30/03/17

Yeni “Windows”un çıxarılma tarixi məlum olub

“Microsoft” şirkəti “Windows 10 Creators Update”in yeni versiyasının çıxarılma tarixini açıqlayıb. Sistem 11 aprel 2017-ci il tarixində istifadəçilərə əlçatan olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, tərtibatçılar ƏS-nin yeni versiyasında “3D” texnologiyalarının tətbiqinə önəm veriblər. ƏS-də “Paint” qrafik proqramının üçölçülü modelləri dəstəkləyən yeni versiyası istifadəyə veriləcək. “Paint”də yaradılmış obyektləri müxtəlif proqramlarda istifadə etmək və ya “3D” printerdə çap etmək olar. Sistemdə, həmçinin şəkil çəkmək üçün “Windows Ink” aləti təkmilləşdirilib və birbaşa şəkillərdə, brauzerdə və başqa sistem proqramlarında əllə yazılmış qeydlər dəstəyi əlçatan olub.

Sistemdə "Parametrlər" menyusu xeyli dəyişdirilib və bütün sazlamalar kateqoriyalara bölünüb. Standart "Windows Qoruyucusu" indi qurğunun vəziyyətini və təhlükəsizliyini idarəetmə funksiyaları, həmçinin valideyn nəzarəti sazlaması imkanı mövcuddur. Bundan başqa, proqram drayver, batareya, daşıyıcı və başqa komponentlərlə bağlı hər hansı problem olduğu barədə xəbərdarlıq edir. Həmçinin yeniləmə sistemin sürət və təhlükəsizliyinin artırılması üçün nəzərdə tutulmuş bir çox başqa yeniliklərə malikdir.

Emil Hüseynov




Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024