12px13px15px17px
Tarix:30/03/17

“Intel” korporasiyasının yeni həlli müasir sərt disklərlə müqayisədə 1000 dəfə daha sürətlidir

“Intel” korporasiyası tərəfindən təqdim edilmiş yeni tip kompüter yaddaşı kompüter texnologiyaları sənayesində inqilab edə bilər. İnnovativ həll “3D XPoint” adlandırılıb. Yeni hazırlama özündə iki yaddaş tipinin funksiyalarını birləşdirir və əksər sərt disklərdən 1000 dəfə daha sürətli işləyən “informasiya anbarları” yaratmağa imkan verəcək. “Intel” korporasiyası hələ ki yeni texnologiyanın iş prinsipini sirr kimi saxlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, kompüterlərdə informasiyanın saxlanılması üçün ənənəvi olaraq iki "anbar" tipindən istifadə edilir: sərt disk və “DRAM” yaddaş tipinin ayrı-ayrı xanaları. “DRAM” yaddaşı informasiyanın qısamüddətli saxlanılmasında istifadə olunur, daha sürətli, amma bahadır və sərt disklərlə müqayisədə ölçüsü kiçikdir.

“3D Xpoint” həlli hər iki yaddaş növünü əvəz edəcək. ABŞ şirkətinin nümayəndəsi bildirir ki, bu halda yeniliyin məhsuldarlığı sərt disklərlə müqayisədə 1000 dəfə, yadda saxlanılan informasiyanın tutumu isə “DRAM” yaddaşla müqayisədə 10 dəfə çox olacaq.

Emil Hüseynov




Baxış sayı: 387

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024