Tarix:03/04/17
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, hollandiyalı alimlərin ixtirası böyük məbləğ və vaxt itkisi tələb etmir. Simsiz məlumatlar bir neçə mərkəzi "işıq antenası”ndan ötürüləcək. İşıq antenaları işıq şüalarını çox dəqiq ötürmək qabiliyyətinə malikdirlər və bu qurğuda hərəkət edən hissələr nəzərdə tutulmadığına görə xidmətə ehtiyac yoxdur və əlavə enerji tələb etmir.
İşıq dalğasının uzunluğunu dəyişdikdə, həmçinin işıq şüalanmasının istiqaməti dəyişir. İstifadəçi internetə qoşulmuş qurğu ilə birgə yerini dəyişdirdikdə işıq antenaları yüklənməni bir-birinə ötürür.
Beləliklə, yeni həll, həmçinin şəbəkəni yükləməyəcək. Gözün torlu qişasının həssas hissəsinə çatmayan təhlükəsiz infraqırmızı şüalanmadan istifadə edildiyindən bu metod tamamilə zərərsizdir.
Emil Hüseynov
“Wi-Fi” texnologiyasını 100 dəfə sürətləndirmək üsulu tapılıb
“Wi-Fi” texnologiyası hazırda 2,5 və ya 5 QHs tezlikli radiosiqnallarda işləyir. Niderlandda hazırlanmış sistem dalğa uzunluğu 1500 və daha böyük nanometr olan infraqırmızı şüalanmadan istifadə edir. Bu şüalanma indi mövcud olan analoqlarını 1000 dəfə üstələyən tezlikdə (təxminən 200 THs) işləyir. Nəticədə işıq şüalanmasının tutumu kifayət qədər yüksək olur. Bu tədqiqatın müəllifi Coann O 2,5 metr məsafədə 42,8 Qbit/s sürətinə nail olub. Müqayisə üçün, Niderlandda internetə orta qoşulma sürəti 2000 dəfə azdır (17,6 Mbit/s).“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, hollandiyalı alimlərin ixtirası böyük məbləğ və vaxt itkisi tələb etmir. Simsiz məlumatlar bir neçə mərkəzi "işıq antenası”ndan ötürüləcək. İşıq antenaları işıq şüalarını çox dəqiq ötürmək qabiliyyətinə malikdirlər və bu qurğuda hərəkət edən hissələr nəzərdə tutulmadığına görə xidmətə ehtiyac yoxdur və əlavə enerji tələb etmir.
İşıq dalğasının uzunluğunu dəyişdikdə, həmçinin işıq şüalanmasının istiqaməti dəyişir. İstifadəçi internetə qoşulmuş qurğu ilə birgə yerini dəyişdirdikdə işıq antenaları yüklənməni bir-birinə ötürür.
Beləliklə, yeni həll, həmçinin şəbəkəni yükləməyəcək. Gözün torlu qişasının həssas hissəsinə çatmayan təhlükəsiz infraqırmızı şüalanmadan istifadə edildiyindən bu metod tamamilə zərərsizdir.
Emil Hüseynov
Baxış sayı: 367
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet