Tarix:04/04/17
“Carolco” şirkətinin “Total Recall” mobil proqramı şüurumuza təsir edərək istifadəçi tərəfindən seçilmiş mövzuya müvafiq olaraq lazımi yuxunu göstərmək qabiliyyətinə malikdir. Bundan ötrü proqram təminatının yaradıcıları ultrasəs tezliklərindən istifadə ediblər və ekrana çıxarılan şəkillər yuxu üçün lazımi mühitin vizuallaşdırılmasına kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Carolco” şirkətinin mütəxəssisləri bildiriblər ki, “Total Recall” mobil proqramı minimal xərclə yuxuda özünü başqa insan kimi hiss etmək üçün unikal şansdır. Bu halda mobil proqramın aktivləşdirilməsi vaxtı qulaqlıq və ya dinamik vasitəsilə çıxarılan səs, bir-birinin ardınca dəyişilən kadrlar orqanizmə mənfi təsir göstərmir.
Hazırda mobil proqram könüllülər qrupu tərəfindən yoxlanılır. “Carolco” şirkətinin proqramı təxminən 2017-ci ilin ikinci yarısında “Google Play” rəqəmli mağazasında əlçatan olacaq.
Emil Hüseynov
Bu proqram istifadəçinin istədiyi yuxuları görməyə imkan verəcək
Yalnız az sayda insan real həyatda açıq kosmosda ola, Beynəlxalq Kosmik Stansiyaya səyahət edə, məxfi xidmət agenti rolunu oynaya, planetin sivilizasiyadan uzaq regionuna səyahət etməyə müvəffəq olur. Amma həm oyun həvəskarları, həm parlaq Hollivud blokbasterləri və sadəcə yaxşı təxəyyülə malik insanlar düşüncənin gücü ilə yuxarıda təsvir edilmişləri yaşamaq qabiliyyətinə malikdirlər.“Carolco” şirkətinin “Total Recall” mobil proqramı şüurumuza təsir edərək istifadəçi tərəfindən seçilmiş mövzuya müvafiq olaraq lazımi yuxunu göstərmək qabiliyyətinə malikdir. Bundan ötrü proqram təminatının yaradıcıları ultrasəs tezliklərindən istifadə ediblər və ekrana çıxarılan şəkillər yuxu üçün lazımi mühitin vizuallaşdırılmasına kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Carolco” şirkətinin mütəxəssisləri bildiriblər ki, “Total Recall” mobil proqramı minimal xərclə yuxuda özünü başqa insan kimi hiss etmək üçün unikal şansdır. Bu halda mobil proqramın aktivləşdirilməsi vaxtı qulaqlıq və ya dinamik vasitəsilə çıxarılan səs, bir-birinin ardınca dəyişilən kadrlar orqanizmə mənfi təsir göstərmir.
Hazırda mobil proqram könüllülər qrupu tərəfindən yoxlanılır. “Carolco” şirkətinin proqramı təxminən 2017-ci ilin ikinci yarısında “Google Play” rəqəmli mağazasında əlçatan olacaq.
Emil Hüseynov
Baxış sayı: 426
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı