12px13px15px17px
Tarix:04/04/17

“Android” artıq dünyada ən populyar sistemdir

“StatCounter” şirkətində işləyən analitiklərin məlumatına görə, dünyada “Android” sistemi ilə işləyən qurğudan istifadə edənlər başqa mobil və masaüstü sistemlərin istifadəçiləri ilə müqayisədə internetə daha tez-tez daxil olurlar.

“StatCounter” şirkəti internet istifadəçiləri arasında “Android”, “iOS”, “Windows” və “macOS” sistemləri ilə işləyən qurğulardan istifadə aktivliyini araşdırır. Yeni hesabat texnologiyalar tarixində dönüş nöqtəsi olub.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, indi “Android” internetə çıxış üçün istifadə edilən ən populyar sistemdir. Qeyd edək ki, bundan əvvəl “Microsoft” şirkətinin “Windows” sistemi lider idi.

Sistemlər arasındakı fərq hələ ki böyük deyil: Android (37,93%) və “Windows” (37,91%). Amma “Google” şirkətinin sistemi son 5 ildə sabit artım nümayiş etdirir.

Bu, texnologiyalar tarixində yeni mərhələdir. 1980-ci ildən əməliyyat sistemləri bazarına nəzarət edən “Windows” sisteminin liderliyinin sona çatdığını bildirir.

Emil Hüseynov




Baxış sayı: 40

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 İyun 2017

26 06 2017