12px13px15px17px
Tarix:04/04/17

“NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatına start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə “NETTY 2017”- Azərbaycan Milli İnternet Mükafatına start verilib. Artıq 13-cü dəfə baş tutacaq müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu “www.netty.az” saytında həyata keçirilir.
 
Müsabiqə şərtlərinə əsasən, saytların və müsabiqə iştirakçılarının qeydiyyatı ilə bağlı ərizələrin qəbulu 2017-ci il 3 aprel tarixindən 15 may tarixinədək aparılır. 15 maydan 22 may tarixinə qədər “NETTY 2017” nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurası və Virtual Münsiflər Heyətinin paralel səsverməsi həyata keçirilir.
 
22 mayda isə Ekspert Şurası (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, “NETTY” Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Göstərilən müddət ərzində müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. “NETTY 2017” nominasiyalarının qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan edilir və qaliblərə əsas mükafat sayılan “NETTY” heykəlciyi təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.
 
Mərasimin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.
 
“www.netty.az” saytının hər bir ziyarətçisi “Facebook” və ya “Twitter”də öz sosial profilinin məlumatlarından istifadə edərək, Virtual Münsiflər Heyətinin üzvü ola və müsabiqənin nominantları seçimində iştirak edə bilər. Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır.  “NETTY” Akademiyasında isə Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslər təmsil olunur.
 
Ənənəvi olaraq, müsabiqə çərçivəsində müvafiq nominasiyalar (“Azərbaycan”, “Dövlət saytı”,  “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis sayt”,  “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt” “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”) üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək. Cari ildə “Əyləncə” nominasiyası ləğv edilib, eyni zamanda sosial şəbəkələrə istiqamətləndirilmiş iki yeni nominasiya (“Sosial şəbəkələrdə ilin adamı” və “Sosial şəbəkələrdə ilin şirkəti”) əlavə olunub.

Müsabiqə çərçivəsində fəxri nominasiyalar (“İlin proqramı”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi” və “İlin İT hadisəsi”) üzrə də mükafatlar veriləcək. “İlin İT hadisəsi” nominasiyası üzrə iddiaçıların ərizələrinin təhlili nəticəsində həmçinin “İlin İT şirkəti” nominasiyasında nominantlar və qalib müəyyən ediləcək.

“NETTY” çərçivəsində bu il ilk dəfə “İlin İT meneceri” nominasiyası keçiriləcək, onun vasitəsilə  ölkənin İT departamentlərinin ən yaxşı rəhbərləri (təşkilatın fəaliyyət sahəsindən asılı olmayaraq) müəyyən ediləcək.
 
Qeyd edək ki, Akademiyanın qərarı ilə 2017-ci ildə müsabiqədə iştirak üçün hər ərizə üzrə 10 AZN qeydiyyat haqqı tətbiq edilir. Mükafatın bütün əsas nominasiyaları üçün qeydiyyat haqqı hər ərizəyə görə 10 AZN təşkil edir. Resursların ərizələrinə ümumi şərtlərlə baxılır. Ödəniş yalnız Təşkilat Komitəsi tərəfindən qeydiyyatın təsdiqindən sonra həyata keçirilir.
 
Mükafatın baş partnyoru “Azercell” şirkəti, digər partnyorları isə “Bakutel” sərgisi, “SmartHost.az” və “Renley.az” şirkətləri, “Kassir.az” layihəsidir. Tədbirə informasiya dəstəyini “Infocity.az”, “CBC.az” telekanalı, “1news.az”, “Oxu.az”, “Disput.az” və “Salamnews.org” saytları göstərir.
 
“NETTY” – Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib, Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  Azərbaycanın ilk peşəkar mükafatıdır. “NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələri, informasiya texnologiyaları sahəsində  mütərəqqi xadimləri üzə çıxarır.
 
Partnyorluq məsələləri ilə bağlı sualları “info@netty.az” ünvanına göndərə bilərsiniz.




Baxış sayı: 28

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 İyul 2018

20 07 2018

20/07/18
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya 

20/07/18
“Android” əməliyyat sisteminin “ölüm tarixi” açıqlanıb

Hazırda dünyada satılan smartfonların 75%-i “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir

20/07/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşlarla görüşüb

Görüşdə Qaxla yanaşı, Şəki, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarının sakinləri də iştirak edib. 

20/07/18
Sualtı daşımalar üçün məsafədən idarə edilən ilk robot təqdim edilib

Çin Dəmir Yolu Korporasiyası (China Railway Rolling Stock Corporation, CRRC) sualtı daşımaların həyata keçirilməsi üçün

20/07/18
“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edəcək

Populyar “WhatsApp” messenceri Hindistanda saxta xəbərlərin yayılması ilə əlaqədar mesajların yöndərilməsinə məhdudiyyət tətbiq etməy

20/07/18
Dünyanın ən nüfuzlu gəncləri məlum olub

“Fortune” jurnalı yaşı 40-dan aşağı olan dünyanın 40 ən nüfuzlu gəncindən  ibarət illik reytinqini dərc edib

20/07/18
“WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub

“Appthority” şirkəti tez-tez “qara siyahı”ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib

20/07/18
“Instagram” istifadəçiləri arzuolunmaz abunəçiləri gizlicə silə biləcəklər

“Instagram” sosial şəbəkəsi abunəçilərin gizlicə silinməsi funksiyasını sınaqdan keçirir. Bu funksiya indi yalnız bağlı hesa

20/07/18
Virtual reallıq qurğuları üçün standart təsdiq edilib

“Microsoft”, “Nvidia”, “Oculus”, “AMD” və “Valve” şirkətləri virtual reallıq qurğuları