12px13px15px17px
Tarix:05/04/17

Elastik “Samsung” smartfonlarının satışa çıxarılacağı vaxt məlum olub

Son iki ildə KİV-də Cənubi Koreyanın “Samsung” şirkətinin elastik smartfonlar istehsalı ilə bağlı planlarının olması barədə məlumatlar yayılmağa başlayıb. Belə ki, fevralda şirkətin bu ilin sonunda elastik “AMOLED” ekranlı qatlanan smartfon istehsal etmək niyyətində olması bildirilsə də, “Samsung” nümayəndələri növbəti dəfə elastik qurğuların buraxılışı barədə məlumatı təkzib ediblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, lakin bu dəfə “Samsung Display” şirkətinin aparıcı mühəndisi Kim The Un “Display TechSalon” seminarında çıxışı zamanı bildirib ki, şirkətin istehsalı olan elastik smartfonlar 2019-cu ildən tez bazara çıxarılmayacaq. Onun sözlərinə görə, çərçivəsiz ekrana malik qurğular yaxşı satılır və şirkətin ixtiyarında elastik displey texnologiyalarının tamamlanması üçün kifayət qədər vaxt var.

Sonradan “Samsung Display” nümayəndəsi “The Korea Herald” nəşrinə müsahibə verərək mütəxəssislərin elastik displey texnologiyalarının kommersiyalaşdırılmasından əvvəl çoxlu problemlər həll etməli olduqlarını vurğulayıb. O, həmçinin şirkətin əvvəlcə ekranları bir tərəfə əyilən qurğular təqdim edəcəyini əlavə edib.  

Nizam Nuriyev 




Baxış sayı: 303

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024