12px13px15px17px
Tarix:10/04/17

İnteryer əşyaları böyük ekrana çevriləcək

“Microsoft IllumiRoom” layihəsinin və “Box” şirkətinin tərtibatçıları otağı əşyaları ilə birlikdə ekrana çevirərək onlar üzərində video nümayiş etdirən “Lightform” qurğusunun hazırlanması üçün səylərini birləşdiriblər.    

“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, “Lightform” proyektora “HDMI” çıxışı vasitəsilə qoşulan kameralı prosessordur. Qurğu otaqdakı obyektlərin üzərində videonu translyasiya etmək üçün onların hamısını skan edir. 

“Lightform” həmtəsisçisi Rac Sodhi “Wired” nəşrinə müsahibədə bildirib ki, ilk qurğular bu ilin yayında satışa çıxarılacaq. Onun fikrincə, istifadəçilər, məsələn, yolkanı skan edə və Yeni il üçün onun bəzənməsini yoxlaya bilərlər.  

Məlumata görə, “Lightform” vasitəsilə filmlərə bir divarda deyil, bütün otaqda baxmaq mümkündür.

Xatırladaq ki, “Microsoft IllumiRoom” “Xbox” oyun qurğusuna təsviri televizor çərçivəsindən kənara daxil etməyə imkan verən qurğu konseptidir. Proyektor təsviri ekranın arxasında yerləşən divara translyasiya edərək bütün otağı böyük displeyə çevirir.

Nizam Nuriyev
 





Baxış sayı: 361

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024