12px13px15px17px
Tarix:11/04/17

Yığcam “Bluetooth” modul adi qulaqlıqları simsiz qulaqlıqlara çevirir

"Boud" startapı "Kickstarter" platformasında adi qulaqlıqları simsiz qulaqlıqlara çevirən kiçikölçülü "Bluetooth" modulun istehsalına vəsait toplanılması üzrə kampaniya başladıb.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, ölçüsü 12x12x48  mm və çəkisi 10 qram olan "PLUB" adlı cihazın kənar hissəsində qulaqlıqların qoşulması üçün 3,5 mm-lik konnektor yerləşir. Bu konnektor, həmçinin qurğunun enerji ilə doldurulması üçün istifadə olunur. 120 milliamper/saat tutumunda olan daxili batareya "PLUB" qurğusunun avtonom rejimdə 5 saatadək işləməsini təmin edir.

Qeyd edək ki, "PLUB" ilk belə qurğu olmasa da, ancaq istehsalçılar bildirir ki, yeni modul analoqlarından öz yığcamlığı və nəfis dizaynı ilə seçilir.


Emil Hüseynov






Baxış sayı: 318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024