12px13px15px17px
Tarix:13/04/17

43 milyon “iPhone” istifadəçisi “iOS 11” sistemini quraşdıra bilməyəcək

“iOS 11” əməliyyat sisteminin illik yenilənməsi və mobil qurğuların texniki tələblərinə dəyişikliklərə görə əksər “iPhone” istifadəçiləri onu quraşdırmaq imkanından məhrum olacaq. Bununla əlaqədar olaraq “Apple” şirkəti köhnəlmiş qurğuların dəstəklənməsini dayandıracaq, “iPhone” smartfonlarının çoxu yalnız “iOS 10” sistemini dəstəkləyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, əməliyyat sisteminin yeni versiyası müasir, daha təkmil qurğular üçün nəzərdə tutulub. Otuz iki giqabaytlıq qurğuların dəstəklənməsi yenilənmiş “iOS” sistemində də istisna edilməyən səhvlərə səbəb ola bilər.  

Yenilənmiş proqram təminatı əldə etmək istəyən istifadəçilərə “Apple” şirkətinin “iOS 11” sisteminə uyğunlaşdırılan yeni smartfon modellərini almaq tövsiyə olunur.

Nizam Nuriyev 




Baxış sayı: 403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024