Tarix:13/04/17
Məlumata görə, 2017-ci ildə "iPhone" smartfonunun 4,7 və 5,5 düymlük versiyaları 32, 128 və 256 QB tutumunda fləş yaddaşa malik olacaqlar. 5,8 düymlük ekranla təchiz ediləcək variant isə 64 və 256 QB-lıq konfiqurasiyalarda əlçatan olacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, əməli yaddaşın tutumunun artırılması smartfonun yaddaşında daha çox məlumat saxlamağa imkan verəcək. Məsələn, indi "Safari" brauzerində çoxlu vərəq açıldığı halda brauzer onlara keçid zamanı bəzi səhifələri yenidən yükləyir. Artıq bu problem öz həllini tapacaq.
Arkuri, həmçinin analitik Min-Çi Kuo tərəfindən bu yaxınlarda "iPhone" smartfonunun hər üç modelində "Lightning" konnektorundan istifadə ediləcəyi ilə bağlı səsləndirilmiş məlumatı təsdiqləyib. Gözləntilərə görə, yeni "Lightning" konnektoru "iPhone"nun enerji ilə doldurulma sürətini artıracaq.
"Cowen and Company" şirkətinin tədqiqatı "Apple" şirkətinin tədarükçülərinin informasiyasına əsaslanır.
Emil Hüseynov
2017-ci ildə “iPhone” smartfonunun hər üç modeli 3 QB əməli yaddaşla təchiz ediləcək
"Cowen and Company" şirkətinin analitiki Timoti Arkuri məlumat verib ki, cari ildə "iPhone" smartfonunun hər üç modeli 3 QB-lıq əməli yaddaşla təchiz ediləcək. Onun sözlərinə görə, smartfonlar sürətli enerji doldurma texnologiyasını dəstəkləyəcək.Məlumata görə, 2017-ci ildə "iPhone" smartfonunun 4,7 və 5,5 düymlük versiyaları 32, 128 və 256 QB tutumunda fləş yaddaşa malik olacaqlar. 5,8 düymlük ekranla təchiz ediləcək variant isə 64 və 256 QB-lıq konfiqurasiyalarda əlçatan olacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, əməli yaddaşın tutumunun artırılması smartfonun yaddaşında daha çox məlumat saxlamağa imkan verəcək. Məsələn, indi "Safari" brauzerində çoxlu vərəq açıldığı halda brauzer onlara keçid zamanı bəzi səhifələri yenidən yükləyir. Artıq bu problem öz həllini tapacaq.
Arkuri, həmçinin analitik Min-Çi Kuo tərəfindən bu yaxınlarda "iPhone" smartfonunun hər üç modelində "Lightning" konnektorundan istifadə ediləcəyi ilə bağlı səsləndirilmiş məlumatı təsdiqləyib. Gözləntilərə görə, yeni "Lightning" konnektoru "iPhone"nun enerji ilə doldurulma sürətini artıracaq.
"Cowen and Company" şirkətinin tədqiqatı "Apple" şirkətinin tədarükçülərinin informasiyasına əsaslanır.
Emil Hüseynov
Baxış sayı: 446
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet