Tarix:13/04/17
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, kreslonun üç tərəfdən sədlərlə əhatə olunması sərnişinə ətrafdakı insanlardan təcrid olunmağa imkan verir. Yaddaş effektinə malik oturacaq insan bədəninin formasına asanlıqla uyğunlaşır, lazım gəldikdə rahat çarpayıya çevrilir.
Məlumata görə, temperatur, rütubət, səs, işıq ötürücüsü ilə təchiz edilən “Air-Hybrid” bu parametrləri tənzimləyərək sərnişin üçün rahat yuxunu təmin edir. Bundan başqa, tam rahatlıq üçün quraşdırılmış musiqi sistemindən istifadə etmək və işıq terapiyası funksiyasını aktivləşdirmək mümkündür. Həmçinin, “ağıllı” kreslo dincəlməyə və yuxuya getməyə kömək edən maddələr yayır.
Kreslonun istehsalını planlaşdıran “Simba Sleep” hazırda müxtəlif aviaşirkətlərlə danışıqlar aparır.
Nizam Nuriyev
Təyyarələr üçün “ağıllı” kreslo yaradılıb
Böyük Britaniyanın “Simba Sleep” şirkəti təyyarə uçuşları üçün yüksək texnologiya ilə təchiz edilən “Air-Hybrid” kreslosunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, kreslonun üç tərəfdən sədlərlə əhatə olunması sərnişinə ətrafdakı insanlardan təcrid olunmağa imkan verir. Yaddaş effektinə malik oturacaq insan bədəninin formasına asanlıqla uyğunlaşır, lazım gəldikdə rahat çarpayıya çevrilir.
Məlumata görə, temperatur, rütubət, səs, işıq ötürücüsü ilə təchiz edilən “Air-Hybrid” bu parametrləri tənzimləyərək sərnişin üçün rahat yuxunu təmin edir. Bundan başqa, tam rahatlıq üçün quraşdırılmış musiqi sistemindən istifadə etmək və işıq terapiyası funksiyasını aktivləşdirmək mümkündür. Həmçinin, “ağıllı” kreslo dincəlməyə və yuxuya getməyə kömək edən maddələr yayır.
Kreslonun istehsalını planlaşdıran “Simba Sleep” hazırda müxtəlif aviaşirkətlərlə danışıqlar aparır.
Nizam Nuriyev
Baxış sayı: 363
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı