12px13px15px17px
Tarix:14/04/17

Eyni zamanda həm “Android”, həm də “Windows” sistemində işləyən 5 düymlük smartfon təqdim edilib

“Indiegogo” platformasında eyni zamanda həm “Android”, həm də “Windows” sistemi ilə işləyən yeni 5 düymlük “Trinity” cihazına pul toplanılması kampaniyası başladılıb.

Bu kampaniyanın müəllifi ABŞ sakini Şeyn Lüisdir. O, əvvəllər “Intel”, həmçinin “General Dynamics” şirkətinin aerokosmik bölməsində işləyib.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, Şeyn “Intel x86” və “ARM” prosessorları ilə işləyən iki sistem arxitekturasını bir korpusda yerləşdirib. İki əməliyyat sistemini dəstəkləyən müasir qurğuların əksəriyyəti, bir qayda olaraq, yalnız bir ƏS-i yükləmək qabiliyyətinə malikdirlər.

“Trinity” qurğusu isə eyni zamanda həm “Windows 10”, həm də “Android” sistemi ilə işləyə bilir. Sistem bir ekrana malikdir, əməliyyat sistemləri arasında keçid yenidən yükləmə olmadan baş verir.

Qiyməti 699 dollar olan “Trinty One” standart versiyası “Intel Atom E8000” çipi, 4 QB əməli yaddaş və 128 QB fləş yaddaşla təchiz edilmişdi. “Pentium N3710” prosessoru və eyni yaddaşla təchiz edilmiş “Trinity Turbo” qurğusunun qiyməti 869 dollardır. “Pentium N3710” prosessoru, 8 QB əməli yaddaş və 256 QB fləş yaddaşa malik “Trinity Ultimate” versiyasının qiyməti 959 dollardır.

Emil Hüseynov




Baxış sayı: 339

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024