12px13px15px17px
Tarix:14/04/17

“Mac Pro” yeni dizaynla təchiz ediləcək

Almaniyanın “Curved” saytında “Mac Pro” kompüterinin və hazırlanma mərhələsində olan “Apple” monitorunun xarici görünüşünü əks etdirən fotoşəkillər dərc edilib. “Apple” şirkətinin rəsmi nümayəndəsinin yeni kompüterin dizaynının dəyişməz qalacağını dəfələrlə bildirməsinə baxmayaraq dizaynerlər tərəfindən “Mac Pro” tam yeni xarici görünüşdə təqdim olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yeni “Mac Pro” kompüterinin korpusunun ön və arxa tərəfində “SD” kartları, “USB”, “LAN”, “FireWire” portları, “USB Type-C”, “HDMI” interfeysi üçün nəzərdə tutulan çıxışlar yerləşdirilib.  

Boz rəngdə (Space Gray) alüminiumdan hazırlanan modelin ön tərəfi “Touch ID” barmaq izi skanerinə malik “Touch Bar” sensorlu panellə təchiz edilib.

Nazik çərçivəyə və qalınlığa, az çəkiyə malik olacaq yeni “Apple” monitorunda “USB Type-C” interfeysindən istifadə olunub.   

Nizam Nuriyev
 





Baxış sayı: 384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024