12px13px15px17px
Tarix:15/04/17

Çində yüksəksürətli internetin təmini üçün ilk telekommunikasiya peyki buraxılıb

Çində nəqliyyat vasitələrində yüksəksürətli internetin təmini üçün “SJ-1” ailəsinə aid ilk müasir telekommunikasiya peyki buraxılıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, Yerətrafı orbitə buraxılan peyk Çin əhalisinin, o cümlədən nəqliyyat sərnişinlərinin simsiz yüksəksürətli internetlə təmini məqsədilə mövcud geostasionar orbitdə on beş il müddətində dövr edəcək.  

Qeyd olunur ki, Çin Kosmik Elmlər və Sənaye Birliyi orbitə bütün dünyada genişzolaqlı internetdən istifadənin təmininə imkan verəcək 156 kiçik peyk buraxmağı planlaşdırmasını bəyan edib.

Nizam Nuriyev 




Baxış sayı: 325

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024