12px13px15px17px
Tarix:17/04/17

“HTC” şirkəti metal korpusla təchiz edilmiş “One X10” smartfonunu təqdim edib

Tayvanın “HTC” şirkəti orta səviyyəli “One X10” smartfonunu təqdim edib. Yeni aparat tamamilə metaldan hazırlanmış korpusa malikdir və kifayət qədər yüksək tutumlu akkumulyatorla təchiz edilib.

“HTC One X10” smartfonu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 2 QHs-dək takt tezlikli səkkiznüvəli “MediaTek Helio P10” prosessoru, 700 MHs takt tezlikli “ARM Mali-T860” qrafik sürətləndirici ilə təchiz edilib. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 3 və 32 QB təşkil edir. Həmçinin fləş daşıyıcılar üçün “microSD” slotu nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfonun əsas kamerası 16 meqapiksel təsvir ölçüsünə, LED işıqlandırıcı və “Full HD” formatında videoçarxlar çəkmək funksiyasına malikdir. Videozənglər və “selfi” üçün nəzərdə tutulmuş ön kamera 8 meqapiksellik “BSI” sensorla təchiz edilib.

Qurğu aşağıdakı simsiz kommunikasiya vasitələrini dəstəkləyir: “LTE” (300 Mbit/s), “Wi-Fi 802.11a/b/g/n”, “Bluetooth 4.0” və “GPS”. Aparatın arxa tərəfində barmaq izi skaneri quraşdırılıb.

Smartfonun ölçüsü 152,9x75, 6x8,23 mm, çəkisi 175 qr-dır. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edən qurğu “Android” mobil əməliyyat sistemi ilə işləyir.

Emil Hüseynov



Baxış sayı: 338

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024