Tarix:17/04/17
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, siyahıda birinci yeri 8 milyon dollarlıq model tutub. Bu qiymət brendin loqotipinin almazla bəzədilməsi ilə əsaslandırılır. Belə ki, avstriyalı futbol klubu sahibi Toni Seyc 2010-cu ildə “Apple” şirkətinin istehsalı olan telefonunun zinət əşyaları ilə bəzədilməsini sifariş edərək brendin loqotipini 53 almazla bəzəyib.
Reytinqin ikinci pilləsində britaniyalı aktyor Hyuz Stüartın sifarişi ilə bəzədilən “iPhone 3GS” modeli qərarlaşıb. Aksessuar kimi 136 brilyantdan istifadə olunan smartfonun qiyməti 3,2 milyon dollar təşkil edib.
Üçüncü mövqedə 2,5 milyon dollarlıq “Kings Button” telefonu yer alıb. Korpusunu 136 brilyantın bəzədiyi, “Home” düyməsi 6,6 karatlıq unikal daşdan ibarət qurğunun dizayneri Alloison Peterdir.
Dördüncü yeri “Crypto Diamond Smartphone” smartfon versiyasını buraxan Rusiyanın “Ancort” istehsalçısı tutub. Zərgərlər tərəfindən 950 əyyarlıq qızıl korpus, eləcə də bir neçə brilyant əlavə olunub. Qurğu 1,3 milyon dollar qiymətləndirilir.
Beşinci yerə “GoldVish Le Million” telefonunu 1,2 milyon dollarlıq zinət əşyaları ilə bəzəyən İsveçrə şirkəti layiq görülüb.
Nizam Nuriyev
Ən bahalı mobil telefonlar beşliyi açıqlanıb
Mütəxəssislər tarix boyu mövcud olan ən bahalı mobil telefonlar beşliyini açıqlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, siyahıda birinci yeri 8 milyon dollarlıq model tutub. Bu qiymət brendin loqotipinin almazla bəzədilməsi ilə əsaslandırılır. Belə ki, avstriyalı futbol klubu sahibi Toni Seyc 2010-cu ildə “Apple” şirkətinin istehsalı olan telefonunun zinət əşyaları ilə bəzədilməsini sifariş edərək brendin loqotipini 53 almazla bəzəyib.
Reytinqin ikinci pilləsində britaniyalı aktyor Hyuz Stüartın sifarişi ilə bəzədilən “iPhone 3GS” modeli qərarlaşıb. Aksessuar kimi 136 brilyantdan istifadə olunan smartfonun qiyməti 3,2 milyon dollar təşkil edib.
Üçüncü mövqedə 2,5 milyon dollarlıq “Kings Button” telefonu yer alıb. Korpusunu 136 brilyantın bəzədiyi, “Home” düyməsi 6,6 karatlıq unikal daşdan ibarət qurğunun dizayneri Alloison Peterdir.
Dördüncü yeri “Crypto Diamond Smartphone” smartfon versiyasını buraxan Rusiyanın “Ancort” istehsalçısı tutub. Zərgərlər tərəfindən 950 əyyarlıq qızıl korpus, eləcə də bir neçə brilyant əlavə olunub. Qurğu 1,3 milyon dollar qiymətləndirilir.
Beşinci yerə “GoldVish Le Million” telefonunu 1,2 milyon dollarlıq zinət əşyaları ilə bəzəyən İsveçrə şirkəti layiq görülüb.
Nizam Nuriyev
Baxış sayı: 426
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı