12px13px15px17px
Tarix:19/04/17

“Instagram” “Android” istifadəçiləri üçün oflayn rejim istifadəyə verib

"Instagram"ın bir çox funksiyaları artıq "Android" istifadəçilərinə oflayn rejimdə əlçatandır. Bu haqda "TechCrunch" nəşri yazıb.

"ICTnews" Elektron Xəbər Xidməti "gazeta.ru" saytına istinadən yazır ki, indi oflayn rejimdə "like" etmək, şərhlər yazmaq, fotoşəkilləri saxlamaq mümkündür, mobil tətbiq bütün əməliyyatları yadda saxlayacaq və smartfon internetə qoşulan kimi onları yerinə yetirəcək.

"TechCrunch" nəşri yeni funksiyanın "Android" mobil sistemində tətbiqini belə izah edir ki, sözügedən platforma inkişaf etməkdə olan ölkələrdə geniş yayılıb. "Instagram", həmçinin "iOS" sistemi üçün belə funksiyanın tətbiqini planlaşdırır.

Xatırladaq ki, "Instagram" sosial şəbəkəsinin auditoriyası 600 milyondur.

Emil Hüseynov




Baxış sayı: 373

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024