12px13px15px17px
Tarix:20/04/17

“Huawei” iki yeni planşetini təqdim edib

Çinin “Huawei” şirkəti iki yeni planşet kompüterini nümayiş etdirib. 7 və 8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” planşetləri yaxın gələcəkdə satışa çıxarılacaq.

7 düymlük model “Android 6.0” mobil əməliyyat sistemi ilə işləyən yığcam və ucuz planşetdir. Qurğu 1024x600 nöqtə təsvir ölçülü 7 düymlük “IPS” displey, 1,3 QHs takt tezlikli “MediaTek MT8127” prosessoru, 1 və ya 2 QB əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bundan başqa planşetdə iki ədəd 2 meqapiksellik kamera, bütün əsas simsiz modullar dəsti mövcuddur və akkumulyator batareyasının tutumu 3100 milliamper/saat təşkil edir.

8 düymlük model 7 düymlük modeldən daha məhsuldar elektron içliyə malikdir. Sözügedən planşet 1,4 QHs takt tezlikli “Qualcomm Snapdragon 425” prosessoru, 1280x800 nöqtə təsvir ölçülü 8 düymlük ekran, 2/3 QB-lıq əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib.

8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” modeli, həmçinin 5 və 2 meqapiksellik kameralar və 4800 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. 8 düymlük model “EMUI 5.1” interfeysli “Android 7.0” sistemi ilə işləyir.

İstehsalçı hələlik qurğuların satışa çıxarılma tarixini və qiymətini açıqlamayıb.

Emil Hüseynov




Baxış sayı: 134

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyun 2017

23 06 2017

23/06/17
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Quba şəhərində vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.06.2017-ci il tarixdə saat 

23/06/17
Ən çox gəlirli yüz İT şirkətinin siyahısı dərc edilib

“Gartner” analitik şirkəti dünyanın ən çox gəlirə malik yüz informasiya texnologiyaları (İT) şirkətinin 

23/06/17
“Formula-1” yarışı üzrə Azərbaycan Qran-prisinin telekommunikasiya xidmətləri təchizatı təmin edilib

Bu gün start götürən “Formula-1” yarışı üzrə Azərbaycan Qran-prisi çərçivəsində digər qurumlarla yanaşı,

23/06/17
“Ağıllı” oyuncaq uşağın emosiyalarını müəyyənləşdirəcək

İspaniya alimləri oyuncaqla oynayan uşağın emosional əhval-ruhiyyəsini müəyyənləşdirən və müvafiq 

23/06/17
Robotlaşdırılmış quşlar aeroportda növbətçilik edəcək

Əksər böyük aeroportlar hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhlükə törədən lələklilər kimi

23/06/17
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya

23/06/17
Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

“Check Point” şirkəti tədqiqat apararaq dünyada hər dördüncü təşkilatın “Fireball” və “WannaCry

23/06/17
Avropa peyk “5G” interneti sahəsində layihə reallaşdırmaq niyyətindədir

Avropa Kosmik Agentliyi 19-25 iyun tarixlərində keçirilən “Paris Airshow” Beynəlxalq Aerokosmik 

23/06/17
Dünyada ən böyük və şəffaf displey yaradılıb

Cənubi Koreyanın “LG Display” şirkəti dünyada ən böyük elastik və şəffaf displey yaradıb. “The Korea Herald

23/06/17
“Samsung” şirkəti “Galaxy Folder 2” smartfonunu təqdim edib

“Samsung” şirkəti Cənubi Koreyada açılıb bağlanan form-faktoruna malik “Galaxy Folder 2” (“SM-G1650” modeli