Tarix:21/04/17
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, səsin yazılması üçün yalnız smartfon tələb olunur. Səs yazısını emal edən alqoritm özünütəşkiletmə kart üsulu - özünəöyrədən neyron şəbəkə sistemi əsasında yaradılıb. Adətən belə şəbəkələrdən məlumatların klaster analizi üçün istifadə olunur.
Məlumata görə, alimlər metodikanı hazırlayarkən insanların yuxularının səslərini onların polisomnoqrafiya (xüsusi kompüter komplekslərindən istifadə etməklə xəstənin yuxusunun tədqiqi) məlumatları ilə müqayisə ediblər. Məlum olub ki, müəyyən qanunauyğunluqlar mövcuddur: məsələn, dərin yuxu mərhələsində (delta yuxu) adətən xorultu yaranır, dişlərin qıcırtısı isə “yüngül” yuxu mərhələsində əmələ gəlir. Belə markörlər hansı yuxu mərhələsində pozulmaların yaranmasını izləməyə imkan verir. Gələcəkdə alqoritmi təkmilləşdirməyi planlaşdıran mütəxəssislər kənar səs-küyün tanınması sistemini yaxşılaşdırmaq niyyətindədirlər.
Bundan əvvəl alimlər tərəfindən yuxunun çoxdan unudulan informasiyanı xatırlamağa kömək etməsi müəyyənləşdirilib.
Nizam Nuriyev
Neyron şəbəkə yuxu rejimini qaydasına salacaq
Yaponiyanın Osaka Universitetinin alimləri insanın yuxuda çıxardığı səslərin yazılması əsasında diaqnostika metodikası hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, səsin yazılması üçün yalnız smartfon tələb olunur. Səs yazısını emal edən alqoritm özünütəşkiletmə kart üsulu - özünəöyrədən neyron şəbəkə sistemi əsasında yaradılıb. Adətən belə şəbəkələrdən məlumatların klaster analizi üçün istifadə olunur.
Məlumata görə, alimlər metodikanı hazırlayarkən insanların yuxularının səslərini onların polisomnoqrafiya (xüsusi kompüter komplekslərindən istifadə etməklə xəstənin yuxusunun tədqiqi) məlumatları ilə müqayisə ediblər. Məlum olub ki, müəyyən qanunauyğunluqlar mövcuddur: məsələn, dərin yuxu mərhələsində (delta yuxu) adətən xorultu yaranır, dişlərin qıcırtısı isə “yüngül” yuxu mərhələsində əmələ gəlir. Belə markörlər hansı yuxu mərhələsində pozulmaların yaranmasını izləməyə imkan verir. Gələcəkdə alqoritmi təkmilləşdirməyi planlaşdıran mütəxəssislər kənar səs-küyün tanınması sistemini yaxşılaşdırmaq niyyətindədirlər.
Bundan əvvəl alimlər tərəfindən yuxunun çoxdan unudulan informasiyanı xatırlamağa kömək etməsi müəyyənləşdirilib.
Nizam Nuriyev
Baxış sayı: 377
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı