12px13px15px17px
Tarix:22/04/17

Mobil əlavə reallıq texnologiyalarından mədaxil 18,5 milyard dollara çatacaq

"Tractica" analitik şirkəti mobil əlavə reallıq texnologiyalarının (augmented reality, AR) istehlak və korporativ seqmentdə tədricən yayılacağını proqnozlaşdırır.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2016-cı ildə mobil "AR" istifadəçilərinin aylıq auditoriyası 343 milyon nəfər təşkil etdiyi halda 2022-ci ildə bu rəqəm 1,9 milyardadək artacaq.

Həmçinin, hesabat dövründə mobil əlavə reallıq texnologiyalarından ümumdünya mədaxilinin 749 milyon dollardan 18,5 milyard dollaradək artacağı gözlənilir.

"Bir vaxtlar smartfon və planşetlərdə istifadə olunan mobil "AR" texnologiyalarının istehlak istifadəsindən kənara çıxmayacağı ehtimal edilsə də, tədricən "ağıllı" eynəklər praktiklik və mobil qurğuların hər yerdə tətbiqi ilə uyğunluqda onun üçün korporativ seqmentə də yol açıb", - şirkətin baş analitiki Mark Bekyu bildirib.
Mütəxəssisin fikrincə, gələcəkdə mobil əlavə reallıq texnologiyaları yeni növ istifadəçi interfeysinin və vizual axtarış sisteminin əsasını təşkil etməklə internet nəhənglərinin gələcək uğurlarını müəyyənləşdirəcək.    

Nizam Nuriyev




Baxış sayı: 496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024