Tarix:22/04/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün yeni funksiyalı böyük yeniləmələrin bundan sonra ildə iki dəfə - mart və sentyabrda buraxılacağını bəyan edib. Həmçinin, hər buraxılış üçün 18 ay müddətində texniki xidmət və dəstək nəzərdə tutulur.
Məlumata görə, növbəti “Windows 10 Redstone 3” yeniləməsində yenilənmiş “Project NEON” istifadəçi interfeysinin, seçilmiş kontaktlarla tez əlaqə üçün “My People” funksiyasının, qovluq və tab-vərəqləri birləşdirmək imkanının istifadəçilərin ixtiyarına verilməsi ehtimal olunur. Bundan əlavə, mobil qurğularda “x86” proqramlarını işə salmaq mümkün olacaq.
“Microsoft” korporasiyası tərəfindən mayın 10-12-də Sietldə keçiriləcək “BUILD 2017” konfransında “Windows 10 Redstone 3” haqqında ətraflı məlumat veriləcəyi, eləcə də “Windows 10” əməliyyat sisteminin “bulud” versiyasının nümayiş olunacağı gözlənilir.
Nizam Nuriyev
“Windows 10” üçün böyük yeniləmələr yaz və payızda təqdim ediləcək
Ötən həftə “Windows 10” əməliyyat sistemi üçün ikinci ən böyük yeniləmə (Creators Update) təqdim olunub, bu il “Redstone 3” kod adı ilə daha bir böyük yeniləmənin buraxılacağı açıqlanıb. Bundan başqa, “Windows Insider” proqramının iştirakçıları artıq gələcək yeniləmənin ilk sınaq quraşdırmalarından yararlanmaq imkanı əldə ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün yeni funksiyalı böyük yeniləmələrin bundan sonra ildə iki dəfə - mart və sentyabrda buraxılacağını bəyan edib. Həmçinin, hər buraxılış üçün 18 ay müddətində texniki xidmət və dəstək nəzərdə tutulur.
Məlumata görə, növbəti “Windows 10 Redstone 3” yeniləməsində yenilənmiş “Project NEON” istifadəçi interfeysinin, seçilmiş kontaktlarla tez əlaqə üçün “My People” funksiyasının, qovluq və tab-vərəqləri birləşdirmək imkanının istifadəçilərin ixtiyarına verilməsi ehtimal olunur. Bundan əlavə, mobil qurğularda “x86” proqramlarını işə salmaq mümkün olacaq.
“Microsoft” korporasiyası tərəfindən mayın 10-12-də Sietldə keçiriləcək “BUILD 2017” konfransında “Windows 10 Redstone 3” haqqında ətraflı məlumat veriləcəyi, eləcə də “Windows 10” əməliyyat sisteminin “bulud” versiyasının nümayiş olunacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 344
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet