12px13px15px17px
Tarix:24/04/17

“Samsung Galaxy S8” istifadəçiləri alış-verişi baxışla təsdiq edəcəklər

Yeni qabaqcıl “Samsung Galaxy S8” və “Galaxy S8 Plus” smartfon modellərinin başlıca xüsusiyyətlərindən biri gözün qüzehli qişası skaneridir. İstehsalçı bu avtorizə üsulunun istifadəçinin şəxsiyyətinin biometrik yoxlanışı üçün digər metodlardan, o cümlədən barmaq izi skanerindən daha təhlükəsiz olmasına görə məhz ona xüsusi diqqət yetirir. Bu yaxınlarda təqdim olunan “The Korea Herald” hesabatında “Samsung” şirkəti tərəfindən gözün qüzehli qişası skanerindən “Samsung Pay” kimi ödəniş sistemləri vasitəsilə maliyyə əməliyyatlarının təsdiqi üçün istifadəsinin mümkünlüyünün nəzərdən keçirilməsi barədə məlumat verilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Samsung Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarında alış-verişin baxışla təsdiqi funksiyası əvvəlcə Cənubi Koreya və Şimali Amerikada istifadəyə veriləcək. Bununla yanaşı, funksiyanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.  

Hesabatda, həmçinin qeyd olunur ki, Cənubi Koreyanın maliyyə təsisatları hələ “Galaxy Note 7”smartfonu buraxılanda faktiki olaraq istifadəçilərə hesablara gözün qüzehli qişası skanerindən istifadə etməklə daxil olmağa icazə versələr də, o zaman alış-verişin baxışla təsdiqi ilə bağlı söhbət getməyib. Beləliklə, bu, smartfondan alış-veriş üçün ödənişi baxışla təsdiq etməklə həyata keçirilən ilk hadisə olacaq.   

Nizam Nuriyev






Baxış sayı: 381

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024