12px13px15px17px
Tarix:24/04/17

Əzələlərin gücünü ölçən "ağıllı" əlcək təqdim edilib

Beyin iflici və dağınıq skleroz xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə əzələlərin möhkəmliyi və gücünü qiymətləndirən həkimlər yalnız öz hisslərinə güvənməli olurlar. Zədələnmiş əlləri büküb açan həkimlər bundan sonra onları möhkəmlik reytinqi üzrə qiymətləndirirlər. Problem ondan ibarətdir ki, bu sistem çox subyektivdir – müxtəlif həkimlər eyni pasiyenti müxtəlif reytinq üzrə qiymətləndirə bilərlər ki, bu da xəstə üçün dərmanların yazılmasında qeyri-dəqiqliklə müşahidə oluna bilər. Bu problemi həll etmək üçün Kaliforniya Universitetinin alimlər komandası “Rady” uşaq xəstəxanası ilə əzələlərin möhkəmliyini və gücünü obyektiv ölçən əlcək hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, indi sözügedən əlcəyin prototipi 300-dən çox təzyiq sensorundan, həmçinin arxa tərəfdə akselerometrdən ibarətdir. Əlcək “USB” kabel vasitəsilə kompüterə qoşulur. Həkim pasiyentin əllərini büküb açdıqda sensorlar sərf edilən gücü ölçürlər. Kompüterə qurulmuş proqram əzələlərin möhkəmlik dərəcəsini qiymətləndirmək üçün bu məlumatları emal edir.

Hazırda komanda əlcəyin dəqiqliyinin artırılması üzərində işləyir. Həmçinin sözügedən texnologiya fizioterapiyada və ya onurğanın sağlamlığının yoxlanmasında istifadə edilə bilər.

Emil Hüseynov






Baxış sayı: 414

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024