12px13px15px17px
Tarix:24/04/17

Yeni qurğu “kosmik zibil”in təmizlənməsi ilə məşğul olacaq

Sinqapurun Yaponiya mühəndisləri tərəfindən təsis edilən “Astroscale” şirkəti orbitdə sıradan çıxan kosmik aparatların və onların artmaqda olan qırıntılarının qarşısını almağa kömək edəcək kosmik zibiltoplayan qurğu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, test missiyası çərçivəsində şirkət mütəxəssisləri orbitə “zibili” təmizləyəcək iki peyk göndərməyi planlaşdırırlar. Aparatlar orbitə çıxaraq işlənmiş elementlərin yerini müəyyənləşdirməyə başladıqdan sonra onlara yaxınlaşaraq özlərinə tərəf çəkəcəklər. Kifayət qədər qırıntı toplayan aparatlar onlarla birlikdə Yer atmosferinə çıxıb orada zibillə birlikdə yanacaqlar. Aparatların “kosmik zibili” altı aydan bir il müddətədək toplaması nəzərdə tutulur.   

BMT-nin məlumatına görə, orbitdə çəkisi 5 min ton ağırlığında 300-ə yaxın “kosmik zibil” obyekti var. Mütəxəssislər onların toqquşacağı təqdirdə kaskad effektinin baş verməsi nəticəsində “zibil”in çoxalacağından və bunun orbitdə fəaliyyət göstərən aparatlar üçün daha böyük təhlükə törədəcəyindən ehtiyat edirlər.

Son 30 ildə “kosmik zibil”in sayının dəfələrlə artmasına görə onun təmizlənməsi problemi kəskin xarakter alıb. Müxtəlif ölkələrin mütəxəssisləri onun üzərində çalışaraq variantlar təqdim edirlər.
 
Nizam Nuriyev 




Baxış sayı: 353

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024