12px13px15px17px
Tarix:25/04/17

Cənubi Koreyada dünyada ilk dəfə metro üçün “LTE” şəbəkəsi istifadəyə verilib

Cənubi Koreyanın ikinci böyük şəhəri olan Pusan şəhərində yerləşən metroda “Samsung Electronics” şirkəti tərəfindən “LTE-Railway” (LTE-R) adlı yüksəksürətli simsiz şəbəkə istifadəyə verilib.
 
Məlumata görə, indi Pusan şəhər Metropolitenində istifadəyə verilmiş “LTE-R” şəbəkəsinin əhatə dairəsi yalnız bir neçə stansiyada əlçatandır, ancaq yaxın vaxtlarda daha 40 stansiya dəstəklənəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “LTE-R” – bu, dəmiryol xətlərində və metropolitendə istifadə üçün nəzərdə tutulmuş standartdır. “LTE-R” şəbəkəsinin köməyi ilə ötürülən məlumatlar üç axına bölünür: istifadəçi, xidməti və dispetçer.
 
 
Hər bir kanalın eni dinamik tənzimlənir, təhlükəsizlik sistemlərinə isə xüsusi önəm verilir. Məsələn, stansiyalardan birində qəza baş verdiyi halda təhlükəsizlik sistemləri şəbəkəsi üçün maksimum buraxılış qabiliyyəti əlçatan olacaq ki, xilasetmə xidmətləri operativ informasiya əldə etmək üçün müşahidə kameraları və stansiya sensorlarına ani müraciət edə bilsinlər.
 
“LTE-R” şəbəkəsi sayəsində indi stansiyalarda qatarların vəziyyəti və onların hərəkət parametrlərini daha dəqiq təyin etmək mümkündür. Sərnişinlər isə konfrans-rabitə rejimində zənglər etmək, həmçinin videolara fasiləsiz baxış, yüksək keyfiyyətli videoları göndərmə və videozənglər etmək imkanı əldə ediblər.
 
Emil Hüseynov



Baxış sayı: 312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024