12px13px15px17px
Tarix:25/04/17

Cənub-Şərqi Asiyada 9 minə yaxın haker serveri aşkarlanıb

İnterpol əməkdaşları kibercinayətkarlara qarşı aparılan mübarizə əməliyyatı çərçivəsində Cənub-Şərqi Asiyanın 8 ölkəsində müxtəlif kibercinayətkarlıq fəaliyyətinə xidmət edən 8,8 min server aşkarlayıblar. Bu barədə beynəlxalq polis təşkilatının saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, məlumata görə, idarəedici serverlərdən zərərli və fırıldaqçı proqram təminatının yayılması, spam kampaniyalarının və “DDoS” hücumlarının həyata keçirilməsi üçün istifadə olunub. İnterpol əməkdaşları tərəfindən toplanan bütün məlumatlar səkkiz ölkənin (Çin, İndoneziya, Myanma, Malayziya, Filippin, Sinqapur, Tailand və Vyetnam) hər birinin hüquq-mühafizə orqanına təhvil verilib.

Beynəlxalq polis təşkilatı tərəfindən, həmçinin zərərli koda yoluxdurulan 270 internet saytı, yüzlərlə ələ keçirilən hökumət portalı və Nigeriya kibercinayətkar qruplaşması ilə əlaqəli bir sıra resurs aşkarlanıb.  

Xatırladaq ki, ötən ilin yayında Nigeriya hakimiyyəti və İnterpol internetdə fırıldaqçı sxemlərlə 60 milyon dollar qazanc əldə edən beynəlxalq cinayətkar şəbəkənin təşkilatçısını həbs edib.

Nizam Nuriyev




Baxış sayı: 353

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024