12px13px15px17px
Tarix:26/04/17

Yeni “Core M3” prosessoru təqdim olunub

“Intel” korporasiyası “Kaby Lake” arxitekturasında işləyən “Core M3” prosessorunu yeniləyib. Yeni çip “Core M3-7Y32” adlandırılıb. Bu, ötənilki “Core M3-7Y30” həllinin daha güclü versiyasıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni “Core M3” prosessoru 14 nanometrlik texnologiya üzrə hazırlanır, iki hesablama nüvəsinə malikdir, “LPDDR3-1866” və “DDR3L-1600” yaddaşını dəstəkləyir. Qrafikanın emalı üçün 900 MHs-dək (əvvəlki versiyada bu göstərici 615 idi) takt tezliyində işləyən daxili “GPU Intel HD Graphics 615” kartı nəzərdə tutulub.

Prosessor 4,5 vatt gücündə istilik enerjisi (TDP) ayırır. İstehsalçının məlumatına görə, enerji effektivliyinin artırılması məqsədi ilə bu göstərici 3,75 vattadək azaldıla bilər.

Xatırladaq ki, “Core M3” prosessorlar seriyası adətən ventilyatorsuz qurğular və enerji cəhətdən səmərəli yığcam kompüterlərdə tətbiq edilir. Prosessorun qiyməti 281 dollardır.

Emil Hüseynov




Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024