12px13px15px17px
Tarix:28/04/17

Yeni “BlackBerry” smartfonunun satışa çıxarılma vaxtı məlum olub

Kanadanın “BlackBerry” brendinin sahibi - Çinin “TCL” şirkəti eyniadlı ilk smartfonun təqdim ediləcəyi tarixi açıqlayıb. Belə ki, otuz beş klaviatura klavişi və barmaq izi skaneri ilə təchiz ediləcək “KEYone” modeli mayın 31-də satışa çıxarılacaq.  

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, Kanadada qurğu üçün əvvəlcədən sifarişlərin qəbuluna mayın 18-də başlamaq nəzərdə tutulur. Smartfonun satışı ilə yerli “Bell”, “Bell MTS”, “Rogers”, “SaskTel” və”TELUS Business” operatorları məşğul olacaq. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək qurğunun ABŞ və Avropa bazarında satışa çıxarılma vaxtı barədə sonradan məlumat veriləcək.

Məlumata görə, fevralda “MWC 2017” sərgisində nümayiş olunan “BlackBerry KEYone” ən yeni “Android” (7.1.1 Nougat) versiyası, 1620х1080 piksel təsvir ölçülü 4,5 düymlü ekran, metal korpus və 3505 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və “Qualcomm Snapdragon 625” prosessoru ilə işləyir.

Smartfon 3 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də “microSD” kartı üçün çıxışa malikdir. Əsas kamera “Google Pixel” smartfonlarının istifadə etdiyi 12 meqapikselli “Sony IMX378” sensoru ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir.

ABŞ-da 549 dollara (Avropada 600 avro) satılacaq yeni qurğu qabaqcıl “Apple”, “Google” və “Samsung” smartfonlarından 100 dollar ucuz olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 336

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024