12px13px15px17px
Tarix:01/05/17

“Apple”: “Süni intellektdən yaddaşın genişləndirilməsi üçün istifadə etmək olar”

“Apple Inc.” şirkətinin rəhbərlərindən və “Siri” səsli köməkçi funksiyasının yaradıcılarından biri Tom Qruber süni intellektin gələcəkdə insan yaddaşının “genəldicisi” ola biləcəyini düşünür.

“ICTnews” Elektron Xəbər Xidməti “Argumenti” resursuna istinadən yazır ki, onun sözlərinə görə, süni intellektdən belə istifadə onu misilsiz yardımçı edəcək və insan fiziologiyası ilə əlaqədar bir sıra çatışmazlıqları aradan qaldırmağa imkan verməklə yaddaşın itirilməsindən əziyyət çəkən şəxslər üçün əvəzedilməz olacaq.  

Məlumata görə, hazırda internet şəbəkəsində konkret insanlara aid çoxlu informasiya yerləşdirilib və xüsusiləşmiş süni intellekt sistemini yaratmaqla ona insan haqqında bütün məlumatları toplamağa və öz-özlüyündə “ehtiyat yaddaş” rolunda çıxış etməyə şərait yaratmaq mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 342

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024