12px13px15px17px
Tarix:03/05/17

“Microsoft” şirkəti yeni əməliyyat sistemini təqdim edib

“Microsoft” şirkəti yeni “Windows 10 S” əməliyyat sistemini rəsmən təqdim edib. Proqram platforması ucuz kompüterlərdə istifadə üçün nəzərdə tutulub və “Google Chromebook” noutbuklarına rəqibdir.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Windows 10 S” sistemi yalnız “Windows Store” proqramlar mağazasından “Win32”, həmçinin “Universal Windows Platform” (UWP) proqramlarını işə salmağa imkan verir. Bu, sözügedən sistemi “Windows 10” əməliyyat sistemindən fərqləndirir, ikincisi, çoxlu sayda UWP proqramlarının yaradılmasına səbəb olacaq. Bu isə proqram nəhəngi üçün son dərəcə vacibdir, çünki məhz UWP proqramları çox platformalıdır.

“Windows 10 S” sisteminin arxitekturası həmin “Windows 10” proqram platformasıdır, sadəcə, onun funksiyalarının bir hissəsi blok edilib.

Təxminlərə görə, “Windows 10 S” sistemi “Windows”un daha sürətli işləyən versiyası olacaq. Həmçinin “Windows 10” sistemi ilə müqayisədə daha tez açılacaq.

Sistemin əsas brauzeri “Edge”dir, bundan başqa “Windows 10 S” platforması “Windows Store” mağazasında əlçatan istənilən brauzerdən istifadəyə imkan verəcək. Yeni sistemdə başlanğıc ayar kimi “OneDrive” “bulud” xidməti ilə aktiv sinxronlaşdırma imkanı mövcuddur.

“Windows 10 S” əməliyyat sistemi ilk növbədə şagird və tələbələrə hədəflənib.

Emil Hüseynov




Baxış sayı: 518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024