12px13px15px17px
Tarix:04/05/17

“Microsoft” yeni “Windows” sistemində standart brauzeri dəyişdirməyə imkan vermir

“Microsoft” şirkəti istifadəçilərə “Windows 10 S” əməliyyat sistemində (ƏS) standart brauzeri dəyişdirməyi qadağan edib. Bu haqda yeni ƏS ilə bağlı FAQ bölməsində məlumat verilib.

Məlumata görə, “Windows 10 S” sistemi ilə işləyən qurğuların sahibləri standart “Edge” brauzerini digərinə dəyişdirə bilməyəcəklər. Beləliklə, istifadəçi istənilən kənar brauzeri yüklədiyi halda belə elektron poçta göndərilmiş məktublardakı bütün istinadlar və başqa xidmətlər standart “Microsoft Edge” brauzerində açılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, bu halda istifadəçilər, həmçinin standart axtarış sistemini dəyişdirə bilməyəcəklər. İstifadəçi ünvan sətrinə sorğu yazdıqda avtomatik “Bing” axtarış sistemində yönləndiriləcək. Həmçinin “Google” şirkəti “Chrome OS” əməliyyat sistemində standart brauzeri dəyişdirməyi qadağan edir, ancaq standart axtarış sistemini dəyişdirməyə imkan verir.

Xatırladaq ki, yeni “Windows 10 S” əməliyyat sistemi 2 may tarixində təqdim edilib. Sistem məhdud funksionallığa malikdir və yalnız “Windows Store” mağazasından yüklənmiş proqramlar işləyəcək. Bu sistem ucuz  noutbuklar üçün nəzərdə tutulub və “Chrome OS” proqram platformasına rəqibdir.

Emil Hüseynov




Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024