Tarix:06/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sayt dünyada 40 mindən çox internet resursuna baxan 160 milyon unikal istifadəçi haqqında məlumatları nəzərə alır.
Servisin 2017-ci ilin apreli üçün qiymətləndirməsinə görə, “Windows 10” qlobal miqyasda masaüstü kompüter və noutbukların 26,29 faizində quraşdırılıb. Bu göstərici bir ay əvvəl 25,36 faiz təşkil edib. Ay ərzində payı 49,42 faizdən 48,5 faizədək azalan “Windows 7” ən populyar fərdi kompüter platforması olaraq qalır. Bunadək sistemin göstəricisində üç ay ərzində artım qeydə alınıb.
Aprelin yekunları üzrə liderlər üçlüyünü 7,04 faiz iştirak payı ilə “Windows XP” sistemi tamamlayıb. Bu, bir ay əvvəlin nəticəsindən 0,4 faiz bənd azdır. “Windows 8.1” sisteminin payı isə 6,66 faizdən 6,96 faizədək artıb.
Bildirilir ki, “Windows 10” əməliyyat sisteminin mövqeyi platformanın “Windows 7” və “Windows 8.1” əsaslı kompüter istifadəçiləri üçün pulsuz quraşdırmasının dayandırılmasına baxmayaraq möhkəmlənməkdə davam edir. Hazırda “Windows 10” sisteminin “Home Edition” versiyasının qiyməti 119 dollar, “Pro” modifikasiyası üçün 200 dollar təşkil edir.
“Windows 8” sisteminin uğursuz buraxılışından sonra “Microsoft” korporasiyası rahat rəqabətqabiliyyətli əməliyyat sistemi yaratmaq bacarığını sübut etməyə çalışıb. Lakin yeni məhsulun inkişafına yönələn səylərə baxmayaraq proqram təminatı istehsalçısı 2018-ci ilin ortalarınadək “Windows 10” sistemli 1 milyard qurğuya nail olmaq üçün qarşıya qoyduğu məqsədi yerinə yetirə bilməyəcəyini etiraf edib.
Eyni zamanda “Microsoft” daha əvvəl bildirib ki, 2016-cı ilin noyabrınadək “Windows 10” 46 faiz payla fərdi kompüterlər üçün ən populyar əməliyyat sistemi olub. Korporasiyanın məlumatına görə, o zaman “Windows 7” və “Windows 8.1” sistemlərinin payı müvafiq olaraq 39 və 13 faiz təşkil edib.
Nizam Nuriyev
“Windows 7” yenidən əməliyyat sistemləri bazarında mövqeyini itirməyə başlayıb
“NetMarketShare” servisinin aylıq statistikasında “Windows 7” sisteminin dünya əməliyyat sistemləri bazarında payının yenidən azalması barədə məlumatlar dərc edilib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sayt dünyada 40 mindən çox internet resursuna baxan 160 milyon unikal istifadəçi haqqında məlumatları nəzərə alır.
Servisin 2017-ci ilin apreli üçün qiymətləndirməsinə görə, “Windows 10” qlobal miqyasda masaüstü kompüter və noutbukların 26,29 faizində quraşdırılıb. Bu göstərici bir ay əvvəl 25,36 faiz təşkil edib. Ay ərzində payı 49,42 faizdən 48,5 faizədək azalan “Windows 7” ən populyar fərdi kompüter platforması olaraq qalır. Bunadək sistemin göstəricisində üç ay ərzində artım qeydə alınıb.
Aprelin yekunları üzrə liderlər üçlüyünü 7,04 faiz iştirak payı ilə “Windows XP” sistemi tamamlayıb. Bu, bir ay əvvəlin nəticəsindən 0,4 faiz bənd azdır. “Windows 8.1” sisteminin payı isə 6,66 faizdən 6,96 faizədək artıb.
Bildirilir ki, “Windows 10” əməliyyat sisteminin mövqeyi platformanın “Windows 7” və “Windows 8.1” əsaslı kompüter istifadəçiləri üçün pulsuz quraşdırmasının dayandırılmasına baxmayaraq möhkəmlənməkdə davam edir. Hazırda “Windows 10” sisteminin “Home Edition” versiyasının qiyməti 119 dollar, “Pro” modifikasiyası üçün 200 dollar təşkil edir.
“Windows 8” sisteminin uğursuz buraxılışından sonra “Microsoft” korporasiyası rahat rəqabətqabiliyyətli əməliyyat sistemi yaratmaq bacarığını sübut etməyə çalışıb. Lakin yeni məhsulun inkişafına yönələn səylərə baxmayaraq proqram təminatı istehsalçısı 2018-ci ilin ortalarınadək “Windows 10” sistemli 1 milyard qurğuya nail olmaq üçün qarşıya qoyduğu məqsədi yerinə yetirə bilməyəcəyini etiraf edib.
Eyni zamanda “Microsoft” daha əvvəl bildirib ki, 2016-cı ilin noyabrınadək “Windows 10” 46 faiz payla fərdi kompüterlər üçün ən populyar əməliyyat sistemi olub. Korporasiyanın məlumatına görə, o zaman “Windows 7” və “Windows 8.1” sistemlərinin payı müvafiq olaraq 39 və 13 faiz təşkil edib.
Nizam Nuriyev
Baxış sayı: 375
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet