12px13px15px17px
Tarix:10/05/17

“Azərkosmos”un əməkdaşları “Heydər zirvəsi”nə qalxıb

10 may – ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Azərkosmos" ASC-nin əməkdaşlarının "Heydər zirvəsi"nə yürüşü uğurla başa çatıb.
 
Yürüş iştirakçıları Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüblər. İştirakçılar qarşıya qoyulan hədəfə çatıb, zirvədə Ulu Öndərin əziz xatirəsini yad edib və barelyefi önündə xatirə şəkli çəkdiriblər.



"Azərkosmos" ASC haqqında
 
Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.

2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos" 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.    








Baxış sayı: 17

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 İyun 2018

25/06/18
Dünyada ən kiçik kompüter təqdim olunub

Miçiqan Universitetinin alimləri dünyada ən kiçik kompüter hazırlayıblar. Eni 0.3 mm təşkil edən bu kompüter 

25/06/18
“WhatsApp” messencerində stikerlər əlçatan olacaq

“WhatsApp” messencerinin tərtibatçıları istifadəçilər üçün stikerləri əlçatan etməyə hazırlaşırlar.

25/06/18
Ötən il internetdə kibercinayətkarlığa həsr edilən hesabat dərc edilib

ABŞ Federal Təhqiqatlar Bürosu 2017-ci ildə dünyada internetdə kibercinayətkarlığın əsas tendensiyalarının 

24 06 2018