12px13px15px17px
Tarix:10/05/17

“Apple” şirkəti “iOS 11” və “macOS 10.13” sistemlərinin təqdimetmə mərasiminə dəvət göndərməyə başlayıb

“Apple” korporasiyası jurnalist və KİV nümayəndələrinə 5 iyun tarixində WWDC (“Worldwide Developers Conference”) konfransı çərçivəsində keçiriləcək “iOS 11” və “macOS 10.13” əməliyyat sistemlərinin təqdimetmə mərasiminə dəvət göndərib.

Bu il tədbir San-Xose şəhərində yerləşən MakEneri adına konfrans mərkəzində keçiriləcək.

Son bir neçə ildə WWDC San-Fransiskoda yerləşən “Moscone Center West” sərgi kompleksində keçirilib, amma indi orada binanın genişləndirilməsi üzrə tikinti işləri aparılır. Bundan başqa, 1998-2002-ci illərdə WWDC tədbiri MakEneri adına konfrans mərkəzində keçirilib. Həmçinin sözügedən konfrans mərkəzi hələ tamamlanmamış yeni “Apple Campus 2” mənzil-qərargahından bir neçə dəqiqə məsafədə yerləşir.

“Apple” şirkəti WWDC tədbirində, həmişəki kimi, öz əməliyyat sistemlərinin yeni funksiyaları haqda məlumat verəcək. Nümayiş günündə yeni ƏS-in ictimai beta-versiyalarının çıxışı gözlənilir və (amma) onların final relizi payızda olacaq.

Həmçinin WWDC tədbirində yeni “iPad” planşeti və “Siri Speaker” smart kolonkası təqdim edilə bilər.

Qeyd edək ki, “Apple” korporasiyası “WWDC 2017” tədbirində videoçəkiliş etməyi, “selfi” çubuğundan istifadəni qadağan edir.

Emil Hüseynov




Baxış sayı: 310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024