Tarix:10/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, modelin əsasını 64 bitlik arxitekturanı dəstəkləyən səkkiz “ARM Cortex-A53” hesablama nüvəsi təşkil edir. Onlar hər biri dörd ədəd olmaqla 1,8 və 2,2 giqahers takt tezlikli blokda birləşib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni qurğu “Snapdragon 626” çipindən 30 faiz güclüdür. “Adreno 508” qrafik kontrollerinin və “X12 LTE” mobil modeminin quraşdırıldığı kristal əsaslı sistemdə məlumatların yüklənmə sürəti 600 Mbit/saniyə təşkil edir.
Bildirilir ki, prosessor 8 giqabayt tutumlu “LPDDR4-1333” formatlı operativ yaddaşla işləyir. “Snapdragon 630” ilə təchiz edilən smartfonlarda 1920х1200 piksel təsvir ölçüsündə ekrandan və 24 meqapikselli kameradan istifadə mümkündür. Həmçinin, “Wi-Fi 802.11ac”, “802.11n”, “802.11a/b/g”, “Bluetooth 5.0” və “NFC” texnologiyaları dəstəklənir. Bundan əlavə, yeni prosessor “GPS”, “GLONASS”, “Beidou” və “Galileo” naviqasiya sistemləri ilə uyğunluq təşkil edir.
“Qualcomm Snapdragon 630” prosessorunun tədarükünə cari rübün sonunadək başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
“Snapdragon 630” prosessoru təqdim olunub
ABŞ-ın “Qualcomm” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan 14 nanometrlik “Snapdragon 630” prosessorunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, modelin əsasını 64 bitlik arxitekturanı dəstəkləyən səkkiz “ARM Cortex-A53” hesablama nüvəsi təşkil edir. Onlar hər biri dörd ədəd olmaqla 1,8 və 2,2 giqahers takt tezlikli blokda birləşib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni qurğu “Snapdragon 626” çipindən 30 faiz güclüdür. “Adreno 508” qrafik kontrollerinin və “X12 LTE” mobil modeminin quraşdırıldığı kristal əsaslı sistemdə məlumatların yüklənmə sürəti 600 Mbit/saniyə təşkil edir.
Bildirilir ki, prosessor 8 giqabayt tutumlu “LPDDR4-1333” formatlı operativ yaddaşla işləyir. “Snapdragon 630” ilə təchiz edilən smartfonlarda 1920х1200 piksel təsvir ölçüsündə ekrandan və 24 meqapikselli kameradan istifadə mümkündür. Həmçinin, “Wi-Fi 802.11ac”, “802.11n”, “802.11a/b/g”, “Bluetooth 5.0” və “NFC” texnologiyaları dəstəklənir. Bundan əlavə, yeni prosessor “GPS”, “GLONASS”, “Beidou” və “Galileo” naviqasiya sistemləri ilə uyğunluq təşkil edir.
“Qualcomm Snapdragon 630” prosessorunun tədarükünə cari rübün sonunadək başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 369
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet