12px13px15px17px
Tarix:11/05/17

“Opera” brauzerində populyar messencer proqramları istifadəyə verilib

"Opera" şirkəti eyniadlı brauzerin "Facebook Messenger", "Telegram" və "WhatsApp" kimi messencerlərin quraşdırıldığı yeni versiyasını (Reborn) hazırlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, internet messencerlərindən xüsusi əlavələr quraşdırmadan yararlanmaq olar. İstifadəçilər əlavə işarələrini brauzerin yan panelində görə bilərlər.

Şirkət nümayəndələrinin sözlərinə görə, brauzerin başlıca xüsusiyyəti istifadəçilərin ünsiyyətdən noutbuk və ya fərdi kompüterdə (informasiyanı telefonlarda olduğu kimi, tez əldə etmək) informasiya axtarışına keçidini sadələşdirməkdən ibarətdir.

Messencerlərlə inteqrasiya ilə yanaşı, brauzerin xarici görünüşü yenilənib, eləcə də quraşdırılmış "VPN" şəbəkəsi və reklam bloklayıcısı olduğu kimi qalıb.

2017-ci ilin yanvarında "Opera" ilk dəfə messencer və brauzerin "Windows" və "macOS" sistemləri üçün "Neon" əlavəsinə inteqrasiyası ilə bağlı ideyanı təqdim edib.

Əksər ekspertlərin fikrincə, brauzerin yenilənmiş versiyası çox rahatdır. Bir messencerdən istifadə etmək və tez axtarış sətrinə keçmək asan olsa da, ünsiyyət üçün bir neçə proqramla işləmək çətinlik törədir.

Nizam Nuriyev




Baxış sayı: 346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024