Tarix:11/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, xarici görünüşünə görə digər ödəniş kartlarından fərqlənməyən “Current” debet kartının bütün xüsusiyyətləri geniş funksionallığa malik “iOS” və ya “Android” əməliyyat sistemləri üçün xüsusi mobil əlavələrlə uyğunluq təşkil edir. Belə ki, proqram valideynlərə uşağın kartına həftəlik pulköçürməsini avtomatik quraşdırmağa və əlavə ödənişlər (məsələn, ev vəzifələrinin yerinə yetirilməsi üçün) üçün şərait yaratmağa imkan verir.
Bundan başqa, “Current” proqramı valideynlərə uşaqların xərclərinə nəzarət edərək onların həcmini məhdudlaşdırmağa imkan verir. Həmçinin, əlavə bəzi mağaza kateqoriyalarında (bar, hotellər və s.) və ya konkret yerlərdə alış-veriş üçün qadağa tətbiqinə şərait yaradır. Lakin son halda məhdudiyyətin tətbiqi bu və ya digər yerdə azı bir tranzaksiya həyata keçirildikdən sonra mümkündür. Nəhayət, proqram uşaqlara əmanət toplamağa və seçilmiş xeyriyyə təşkilatlarına vəsaitlər köçürməyə imkan verir.
Startap təsisçisi Stüart Soppun sözlərinə görə, kartın yaradılması ideyası onun şəxsi valideynlik təcrübəsi ilə əlaqədardır. Uol-Stritdə 17 il treyder və menecer kimi çalışmış S.Sopp qızına lazım olacaq maliyyə fənni üzrə alət hazırlamaq niyyətində olmasını bildirib.
Hazırda “Current” kartından yalnız ABŞ ərazisində istifadə mümkün olsa da, yaradıcılar digər ölkələrin bankları ilə danışıqlar apararaq onların uğurla nəticələnəcəyinə ümid bəsləyirlər. Kart üçün aylıq xidmət haqqı 5, illik 36, ikiillik 48 dollar təşkil edir.
Nizam Nuriyev
Uşaqlar üçün ödəniş kartı buraxılıb
ABŞ-ın “Current” şirkəti uşaqlar üçün “Visa” ödəniş kartını təqdim edib. Kart övladlarının xərclərinə nəzarət etmək və onları maliyyə savadlılığına öyrətmək istəyən valideyn uşaqları üçün nəzərdə tutulub.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, xarici görünüşünə görə digər ödəniş kartlarından fərqlənməyən “Current” debet kartının bütün xüsusiyyətləri geniş funksionallığa malik “iOS” və ya “Android” əməliyyat sistemləri üçün xüsusi mobil əlavələrlə uyğunluq təşkil edir. Belə ki, proqram valideynlərə uşağın kartına həftəlik pulköçürməsini avtomatik quraşdırmağa və əlavə ödənişlər (məsələn, ev vəzifələrinin yerinə yetirilməsi üçün) üçün şərait yaratmağa imkan verir.
Bundan başqa, “Current” proqramı valideynlərə uşaqların xərclərinə nəzarət edərək onların həcmini məhdudlaşdırmağa imkan verir. Həmçinin, əlavə bəzi mağaza kateqoriyalarında (bar, hotellər və s.) və ya konkret yerlərdə alış-veriş üçün qadağa tətbiqinə şərait yaradır. Lakin son halda məhdudiyyətin tətbiqi bu və ya digər yerdə azı bir tranzaksiya həyata keçirildikdən sonra mümkündür. Nəhayət, proqram uşaqlara əmanət toplamağa və seçilmiş xeyriyyə təşkilatlarına vəsaitlər köçürməyə imkan verir.
Startap təsisçisi Stüart Soppun sözlərinə görə, kartın yaradılması ideyası onun şəxsi valideynlik təcrübəsi ilə əlaqədardır. Uol-Stritdə 17 il treyder və menecer kimi çalışmış S.Sopp qızına lazım olacaq maliyyə fənni üzrə alət hazırlamaq niyyətində olmasını bildirib.
Hazırda “Current” kartından yalnız ABŞ ərazisində istifadə mümkün olsa da, yaradıcılar digər ölkələrin bankları ilə danışıqlar apararaq onların uğurla nəticələnəcəyinə ümid bəsləyirlər. Kart üçün aylıq xidmət haqqı 5, illik 36, ikiillik 48 dollar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 346
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı