12px13px15px17px
Tarix:13/05/17

İnsan sifətinin dəqiq “3D” modeli yaradılıb

London İmperiya Kollecinin tədqiqatçılar qrupu insan sifətinin ən dəqiq rəqəmli modelini yaradıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, tədqiqatçıların sözlərinə görə, texnologiya videooyunlarda və kinematoqrafiyada insan sifətlərinin üçölçülü modellərinin yaradılmasında, eləcə də təhlükəsizlik sistemlərində və sifətin tanınması texnologiyalarının təkmilləşdirilməsində istifadə oluna bilər.  

Məlumata görə, hazırda kompüter oyunlarının yaradılmasında üçölçülü morfoloji model (3D morphable model - 3DMM) metodundan istifadə edilir. "Əsas" kimi başlıca nöqtələrin uzaqlaşmasının böyüklüyünü xarakterizə edən parametrlər dəsti şəklində karkasdan istifadə olunur. Hər parametri əllə quraşdırmaq, daha sonra yekun modeli "3D" redaktorda düzəltmək tələb olunur. İngilis alimləri isə "3DMM" modellərin tərtibi üzrə prosesin tam avtomatlaşdırılması üsulunu yaradıblar ki, bu da ora çoxlu insandan əldə edilən məlumatları daxil etməyə imkan verir. Alqoritm insan sifətinin şəkillərini məkan yerləşməsinə uyğun avtomatik sıralayaraq onların əsasında üçölçülü modeli tərtib edir. Bundan başqa, alqoritm vasitəsilə səhvləri aşkarlayaraq onları son nəticələrdən silmək mümkündür.

Hazırlanma prosesində kompüter sistemi müxtəlif yaş, millət və cinslərə aid çoxlu insan sifəti şəkillərini təhlil edib. Məlumatların emalı nəticəsində "Large scale facial model" (LSFM) adlı orta insan sifəti modeli tərtib olunub. Yeni "LSFM" modelindən neyron şəbəkə əsaslı süni intellekt sisteminin təlimi üçün istifadə olunan 100 min fotoşəkilin generasiyası üçün tətbiq edilib. Sonra neyron şəbəkə müstəqil şəkildə insan sifətlərinin ikiölçülü şəkillərini dəqiq üçölçülü modellərə çevirməyə başlayıb.

Hazırda tədqiqatçılar sistemin insan emosiyalarını tanıması məqsədilə alqoritmin təkmilləşdirilməsi ilə məşğuldurlar. Bunun yeni "3D" modelləşdirmə üsulunun geniş imkanlarını daha da yaxşılaşdıracağı gözlənilir.

Nizam Nuriyev  




Baxış sayı: 298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024