Tarix:15/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, məlumata görə, köhnəlmiş “YouTube” “flash” proqramı üçün 2012-ci ildə “HTML5” texnologiyası əsasında onun çoxlu imkanlara malik müasir versiyası hazırlanıb. “Bundan başqa, tematik tab-vərəqələr, daha asan axtarış, sadələşdirilmiş naviqasiya və təkmilləşdirilmiş tövsiyə sistemi kimi yeni funksiyalar əlavə olunub. Bu funksiyaların “flash” proqramına inteqrasiyası isə qeyri-mümkündür”, - məlumatda qeyd olunur.
Bununla belə, bundan sonra “YouTube”a baxmaq üçün istifadəçilərə köhnəlmiş televizora qoşulacaq “Chromecast” və “Android TV” kimi müasir media qurğusu və ya yeni televizor modeli almaq tövsiyə olunur.
Bildirilir ki, “YouTube” əlavəsinin aktual versiyasından 2013-cü ildə və ya daha sonra buraxılan “ağıllı” televizorlarda yararlanmaq mümkün olacaq. Aktual versiyanı, həmçinin “PlayStation 3”, “PlayStation 4”, “Xbox 360”, “Xbox One” və “Wii U” oyun konsollarının istifadəçiləri quraşdıra bilərlər.
Nizam Nuriyev
Köhnə televizorlarda “YouTube”un dəstəklənməsi dayandırılacaq
İyunun 30-dan etibarən 2012-ci ildə buraxılan və ya daha əvvəl istehsal olunan televizorlarda “YouTube” əlavəsinin dəstəklənməsi dayandırılacaq. Bu barədə “YouTube” servisinin texniki dəstək saytında dərc edilən məlumatda deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, məlumata görə, köhnəlmiş “YouTube” “flash” proqramı üçün 2012-ci ildə “HTML5” texnologiyası əsasında onun çoxlu imkanlara malik müasir versiyası hazırlanıb. “Bundan başqa, tematik tab-vərəqələr, daha asan axtarış, sadələşdirilmiş naviqasiya və təkmilləşdirilmiş tövsiyə sistemi kimi yeni funksiyalar əlavə olunub. Bu funksiyaların “flash” proqramına inteqrasiyası isə qeyri-mümkündür”, - məlumatda qeyd olunur.
Bununla belə, bundan sonra “YouTube”a baxmaq üçün istifadəçilərə köhnəlmiş televizora qoşulacaq “Chromecast” və “Android TV” kimi müasir media qurğusu və ya yeni televizor modeli almaq tövsiyə olunur.
Bildirilir ki, “YouTube” əlavəsinin aktual versiyasından 2013-cü ildə və ya daha sonra buraxılan “ağıllı” televizorlarda yararlanmaq mümkün olacaq. Aktual versiyanı, həmçinin “PlayStation 3”, “PlayStation 4”, “Xbox 360”, “Xbox One” və “Wii U” oyun konsollarının istifadəçiləri quraşdıra bilərlər.
Nizam Nuriyev
Baxış sayı: 307
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet