12px13px15px17px
Tarix:16/05/17

“HTC” sensor çərçivəli qabaqcıl “U11” smartfonunu rəsmən təqdim edib

"HTC" şirkəti rəsmən sensor çərçivəli yeni "U11" smartfonunu təqdim edib. İstehsalçının bəyanatına görə, aparat stereo səsli qabaqcıl dinamik və səs azaldan sistemlə təchiz edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, 5,5 düymlük cihaz şüşə və alüminiumdan düzəldilmiş korpusa malikdir, səkkiznüvəli "Snapdragon 835" prosessoru, 16 meqapiksellik ön kamera və optik sabitləşmə sisteminə malik 12 meqapiksellik əsas kamera ilə təchiz edilib. Telefon "IP67" standartına uyğundur, buna görə su və toza qarşı dayanıqlıdır.

"HTC U11" smartfonunun əsas özəlliyi "Edge Sense" adlı sensor çərçivədir. Bu çərçivə sıxma gücünü və müddətini "tanıyır" və qarşılığında müəyyən əməliyyatlar yerinə yetirir. Məsələn, qurğunun kənarlarına sıxmaqla kamera və ya hər hansı mobil proqramı işə salmaq olar.

Aparat qabaqcıl stereo səs sisteminə malik xarici dinamiklər, səs azaldan  sistemə malikdir və eyni zamanda 3,5 mm-lik qulaqlıqların qoşulması üçün konnektor ləğv edilib. Smartfonun ölçüsü 153,99×75,99×7,99 – 9,20 mm, çəkisi isə 168 qram təşkil edir.

Smartfon 2560 x 1440 piksel təsvir ölçülü ekran, həmçinin 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. "HTC U11" smartfonu cari ilin mayında satışa çıxarılacaq. Qiyməti 650 dollardan başlayır.

Emil Hüseynov




Baxış sayı: 435

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024