12px13px15px17px
Tarix:17/05/17

İki yeni “Panasonic” smartfonu təqdim olunub

Yaponiyanın “Panasonic” şirkəti “P85” və “Eluga Ray” smartfon modellərini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, modellər çoxlu oxşarlıqlara malikdir: “Android 6.0 Marshmallow” əməliyyat sistemi, 1280х720 piksel təsvir ölçülü 5 düym diaqonallı ekran, “4G” şəbəkəsinin və “VoLTE” texnologiyasının, “Wi-Fi 802.11b/g/n”, “GPS və “Bluetooth 4.0” modullarının dəstəklənməsi, qulaqcıqlar üçün 3,5 mm-lik çıxışın mövcudluğu, 4 min milliamper/saat tutumlu akkumulyator, 16 giqabaytlıq quraşdırılmış yaddaş.

Kiçik model - “Panasonic P85” 1 giqahers takt tezlikli dördnüvəli prosessor, 2 giqabaytlıq operativ yaddaş və 8 və 2 meqapikselli kameralarla təchiz edilib. Yeni qurğunun qabaritləri 145х72,2х9,35 mm, çəkisi 146,7 qram təşkil edir.

“Panasonic Eluga Ray” modeli dördnüvəli prosessora malik olsa da, 1,3 giqahers takt tezliyi ilə işləyir, eləcə də 3 giqabaytlıq operativ yaddaş və 13 və 5 meqapikselli kameralarla təchiz olunub. Həmçinin, barmaq izi skanerinin quraşdırıldığı modelin qabaritləri 144,4х71,6х9,7 mm, çəkisi 169 qram təşkil edir.

“Panasonic P85” və “Eluga Ray” smartfonlarının qiyməti müvafiq olaraq 100 və 125 dollara bərabər olacaq.  

Xatırladaq ki, martda “Panasonic” oxşar texniki xüsusiyyətlərə malik digər iki qurğu (Eluga Ray Max və Ray X) nümayiş etdirib.

Nizam Nuriyev 




Baxış sayı: 13

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Avqust 2017

21 08 2017

21/08/17
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri məktəblilərlə görüşüb

Avqustun 21-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərlə

21/08/17
Hansı əməliyyat sisteminin istifadəçiləri antivirus proqram təminatı quraşdırmır?

“Windows” sisteminin yeni versiyalarında təhlükəsizlik tədbirlərinin daima təkmilləşdirilməsinə baxmayaraq, 

21/08/17
Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının 

21/08/17
“Microsoft” danışığın tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb

“Microsoft” şirkəti danışığın tanınması sisteminin işindəki səhvləri 5,1%-dək azaldıb. Bu yeni rekorddur, əvvəlki 

21/08/17
“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb

ABŞ-da “Android” sistemi ilə işləyən smartfonların sahibləri “Google Chrome” brauzerinin yeni versiyasında 

21/08/17
“Microsoft” şirkəti masaüstü “Skype” xidmətinə bir neçə gözlənilən funksiya əlavə edib

"Microsoft"un mütəxəssisləri “Skype” xidmətinin fərdi kompüterlər üçün beta versiyası üzərində

21/08/17
“Google”-un süni intellekti şəkillərdən su nişanlarını silməyi öyrənib

Su nişanları (filiqran) şəkli kopyalamadan qorumaq üçün ən etibarlı üsul hesab edilir. Ancaq bu metod da artıq 

21/08/17
Jest dilinin avtomatlaşdırılmış tərcüməçisi çap edilib

Antverpen Universitetindən olan mühəndislər komandası avtomatlaşdırılmış tərcüməçi hazırlayıblar. “Project Aslan” adlandı