Tarix:18/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, mütəxəssislər smartfonun avtomobilə USB kabel vasitəsilə qoşulması ilə işləyən və qurğunun imkanlarından asılı olan “Android Auto” sistemindən istifadə əvəzinə, “Android”i “Audi” və “Volvo” avtomobillərində əməliyyat sistemi kimi quraşdırmaq qərarına gəliblər.
Beləliklə, avtomobilin informasiya və əyləncə sisteminin imkanları genişlənəcək. Smartfonda musiqini səsləndirmək və ya onu avtomobilə translyasiya etmək əvəzinə, istifadəçi musiqi üçün bütöv əlavəni birbaşa əyləncə sisteminə quraşdıra biləcək. “Volvo” nümayəndələrinin sözlərinə görə, “Android”in tətbiqi avtomobil sahiblərinə daha çox əlavələrdən yararlanmağa və köhnə avtomobillərin əməliyyat sisteminin yenilənməsini asanlaşdırmağa imkan verəcək.
Bundan başqa, “Google” əməliyyat sistemindən avtomobilin bir neçə sistemi ilə əlaqə üçün istifadəni (Məsələn, kondisioneri, damda lyuku və ya pəncərələri idarə etmək) təklif edir.
Bu həftə “Google” “I/O” konfransında “Android” sisteminin avtomobillərə inteqrasiyası barədə ətraflı məlumat təqdim etməyi planlaşdırır.
Nizam Nuriyev
“Android” gələcək “Audi” və “Volvo” avtomobillərində quraşdırılacaq
İsveçin “Volvo” və Almaniyanın “Audi” avtomobil istehsalçıları internet nəhəngi “Google” şirkəti ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində “Android” mobil əməliyyat sisteminin növbəti nəsil avtomobillərə inteqrasiyası nəzərdə tutulur.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, mütəxəssislər smartfonun avtomobilə USB kabel vasitəsilə qoşulması ilə işləyən və qurğunun imkanlarından asılı olan “Android Auto” sistemindən istifadə əvəzinə, “Android”i “Audi” və “Volvo” avtomobillərində əməliyyat sistemi kimi quraşdırmaq qərarına gəliblər.
Beləliklə, avtomobilin informasiya və əyləncə sisteminin imkanları genişlənəcək. Smartfonda musiqini səsləndirmək və ya onu avtomobilə translyasiya etmək əvəzinə, istifadəçi musiqi üçün bütöv əlavəni birbaşa əyləncə sisteminə quraşdıra biləcək. “Volvo” nümayəndələrinin sözlərinə görə, “Android”in tətbiqi avtomobil sahiblərinə daha çox əlavələrdən yararlanmağa və köhnə avtomobillərin əməliyyat sisteminin yenilənməsini asanlaşdırmağa imkan verəcək.
Bundan başqa, “Google” əməliyyat sistemindən avtomobilin bir neçə sistemi ilə əlaqə üçün istifadəni (Məsələn, kondisioneri, damda lyuku və ya pəncərələri idarə etmək) təklif edir.
Bu həftə “Google” “I/O” konfransında “Android” sisteminin avtomobillərə inteqrasiyası barədə ətraflı məlumat təqdim etməyi planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 358
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet